Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Bakı Gənclər Mərkəzinin əməkdaşları və könüllüləri şəhid Tural Dəmirçiyevin məzarını ziyarət ediblər – Foto

Bakı Gənclər Mərkəzinin əməkdaşları və könüllüləri şəhid Tural Dəmirçiyevin məzarını ziyarət ediblər – Foto

Bakı Gənclər Mərkəzinin əməkdaşları və könüllüləri Vətən müharibəsində vətən uğrunda canından keçmiş şəhidimiz Tural Dəmirçiyevin məzarını ziyarət ediblər.

Tural Dəmirçiyev Vətən Müharibəsi zamanı könüllü şəkildə müraciət edərək cəbhəyə yollanmış, Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ali məktəbi bitirib həqiqi hərbi xidmətə yollanıb, Tərtər rayonunda ön cəbhədə xidmətini layiqincə yerinə yetirib. Tural Dəmirçiyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunması uğrunda” medalları ilə təltif edilib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …