Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Bakı Gənclər Mərkəzindən yenilik – Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri ilk dəfə olaraq dialoq formasında səhnələşdirildi (VİDEO)

Bakı Gənclər Mərkəzindən yenilik – Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri ilk dəfə olaraq dialoq formasında səhnələşdirildi (VİDEO)

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2021-ci il ölkəmizdə dahi şair Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı olaraq “Nizami Gəncəvi İli” kimi qeyd olunmaqdadır.

Gənclər siyasətini uğurlu şəkildə həyata keçirən və müxtəlif istedadlı gənclər kütləsinə malik Bakı Gənclər Mərkəzi “Nizami Gəncəvi İli” ilə bağlı start verdiyi silsilə layihələr çərçivəsində növbəti addımı ilə diqqət çəkib. Belə ki, ədibin “Leyli və Məcnun” əsəri Bakı Gənclər Mərkəzinin “SəhnədəSən” aktyorluq klubunun istedadlı gəncləri tərəfindən ilk dəfə olaraq dialoq formasında səhnələşdirilmişdir.

Böyük mütəfəkkir Nizami Gəncəvinin dünya şöhrətli “XƏMSƏ”sinə daxil olan, sevgilərin ruhən birləşməsinə aparan, ülvi, saf və təmiz hissləri özündə təcəssüm etdirən bu əsər əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində layiqli yerini qoruyub saxlamışdır. Hər zaman yenilikləri ilə təəccübləndirən Bakı Gənclər Mərkəzi növbəti layihələri ilə də sizləri təəccübləndirməyə davam edəcəkdir. Azinforum.az səhnənin videosunu təqdim edir:

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …