Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Bakı Gənclər Mərkəzində 27 sentyabr “Anım Günü”nə həsr edilmiş “Şanlı Tarixi Yazanlar və Yaşadanlar” adlı tədbir həyata keçirilib

Bakı Gənclər Mərkəzində 27 sentyabr “Anım Günü”nə həsr edilmiş “Şanlı Tarixi Yazanlar və Yaşadanlar” adlı tədbir həyata keçirilib

Gənclər və İdman Nazirliyi nəzdində “Bakı Gənclər Evi” SXM və “Xəzər Gənclər Evi” SXM-nin birgə reallaşdırdığı 27 sentyabr 2021-ci il tarixində “Anım Günü”nə həsr edilmiş “Şanlı Tarixi Yazanlar və Yaşadanlar” adlı tədbir təşkil edilib.

Tədbir 2020-ci sentyabrın 27-dən noyabrın 10-na qədər davam edən II Qarabağ müharibəsində şəhid olmuş qəhrəman oğulların xatirəsinə həsr olunub. Tədbirin keçirilməsində məqsəd 44 günlük Zəfər yürüşünün əbədi qəhrəmanları və onların​ ailə üzvləri ilə görüş, Şanlı tarixə yeni baxış və Şanlı Qələbənin gənc nəslin vətənpərvərlik istiqamətində maariflənməsində rolu olub.

Əvvəlcə Ümummilli lider H.Əliyevin “Bakı Gənclər Evi” qarşısındakı abidəsi önünə gül dəstələri qoyulub. Tədbirdə Nazirliyin rəhbərliyi, millət vəkilləri, milli qəhrəmanlar, qazilər, şəhid ailələri və gənclər iştirak ediblər. Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Vətən müharibəsində hərbiçilərimizin döyüş şücaətindən, arxa cəbhədə informasiya savaşında gənclərin rolundan danışıb. Daha sonra general Polad Həşimovun ailəsi adından çıxış edən qardaşı İlham Həşimov şəhidlə bağlı xatirələrini bölüşüb. Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Güloğlan Məmmədov ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, İkinci Qarabağ müharibəsində əsgərlərimizin göstərdiyi şücaətdən danışıb. Daha sonra şəhid Arəstə Baxışovanın anası Məktubə Baxışova, şəhid İman və Bəhram Məmmədzadə qardaşlarının atası Elman Məmmədzadə, şəhid Cəbrayıl Dövlətzadənin ​ anası Məleykə Məmmədzadə şəhidlik zirvəsinə yüksələn övladlarının keçdikləri döyüş yolundan bəhs edərək onlarla qürur duyduqlarını bildiriblər. Çıxış edən digər qonaqlar Ali Baş Komandan Prezident İlham Əliyevin başçılığı altında Qarabağın işğaldan azad edilməsində xalqımızın birliyinin mühüm rol oynadığını vurğulayıblar.

II Qarabağ müharibəsində haqq səsimizin dünyaya çatdırılmasında xidmətləri olmuş tanınmış jurnalist Fulya Öztürk də video zəng vasitəsilə tədbirə qoşulub. Qardaş ölkənin media nümayəndəsi Azərbaycan xalqının parlaq qələbəsinə gedən yolda qarşılaşdığı çətinliklərdən, düşmənin mənfur cinayətlərindən danışıb. “Xəzər Gənclər Evi” SXM-nin direktoru İnarə Eyubova Azərbaycan gəncinin vətənə sevgisindən, qalib ölkənin layiqli gəncləri sayəsində doğma torpaqlarımızın cənnətə çevriləcəyindən qürurla danışıb. Tədbirin sonunda “Bakı Gənclər Evi” SXM-nin direktoru Nərgiz Babayeva ​ çıxış edərək tədbir iştirakçılarını Bakı Gənclər Mərkəzi ​ tərəfindən hazırlanan 44 günlük Vətən müharibəsindən bəhs edən video-çarxı izləməyə dəvət edib. ​ ​ ​ ​ ​ ​ Tədbir bədii hissə ilə sona yetib. Muğam ifaçısı İsmayıl Hacıyevin ifasında “Bayatı-Şiraz” təsnifi səsləndirilib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …