Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / BAKI GƏNCLƏR MƏRKƏZİ VƏ TÜRKPA ARASINDA İKİTƏRƏFLİ RƏSMİ – İŞGÜZAR GÖRÜŞ BAŞ TUTUB

BAKI GƏNCLƏR MƏRKƏZİ VƏ TÜRKPA ARASINDA İKİTƏRƏFLİ RƏSMİ – İŞGÜZAR GÖRÜŞ BAŞ TUTUB

Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayevanın rəhbərliyi altında Mərkəzin heyətinin Türkdilli Ölkələrin Parlament Assambleyasının Beynəlxalq Katibliyinin mənzil-qərargahında Assambleyanın Baş Katibi Altınbek Mamayusupovla ikitərəfli rəsmi görüşü baş tutmuşdur.

Görüşdə Bakı Gənclər Mərkəzi və Türkdilli Ölkələrin Parlament Assembleyası arasında siyasi, sosial, humanitar sahələrdə əməkdaşlığın təmin edilməsi, gələcəkdə birgə layihə və tədbirlərin keçirilməsi və digər məsələlər ətraflı şəkildə müzakirə olunmuşdur.

Daha sonra Mərkəzin direktoru Nərgiz Babayevaya və Mərkəzin heyətinə Türkdilli Ölkələrin Parlament Assambleyasının Beynəlxalq Katibliyinin mənzil-qərargahına infotur şəkil edilmiş və Assambleya haqqında ətraflı məlumat verilmişdir.

Bakı Gənclər Mərkəzi adından Assambleyanın Baş Katibi Altınbek Mamayusupova xatirə hədiyyələri təqdim olunmuş və xatirə şəkli çəkilmişdir.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …