Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Bakı Gənclər Mərkəzi şəhidlərə həsr edilən tədbir keçirir

Bakı Gənclər Mərkəzi şəhidlərə həsr edilən tədbir keçirir

24 sentyabr 2022-ci il saat 18.00-da Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə Anım tədbiri keçiriləcəkdir.


Tədbirin keçirilməsində məqsəd, 44 günlük Vətən müharibəsində öz qanları ilə tarix yazan şəhidlərin ruhuna ehtiram və gənclər arasında vətənpərvərlik hissinin artırılmasıdır.


Tədbirdə rəsm sərgisi və “Xeyir xəbər” tamaşası da nümayiş olunacaq. Tamaşa Bakı Gənclər Mərkəzi və Türk Sənət Akademiyasının təqdimatında səhnələşdirilib.


Tədbirdə dövlət və qeyri-hökümət qurumlarının nümayəndələri, media nümayəndələri, şəhid ailələri, qazilər, incəsənət adamları, tələbə və gənclərin iştirakı nəzərdə tutulur.


Ünvan: Baki Gənclər Mərkəzi ( Bakixanov q, Sabunçu icra hakimiyyəti ilə üzbəyüz )

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …