Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / Bakı Gənclər Mərkəzi “2 Fevral-Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş “Gələcəyə Bizimlə Addımla” himnini təqdim etdi – VİDEO

Bakı Gənclər Mərkəzi “2 Fevral-Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş “Gələcəyə Bizimlə Addımla” himnini təqdim etdi – VİDEO

Bakı Gənclər Mərkəzinin könüllülərinin və istedadlı üzvlərinin iştirakı ilə “2 Fevral-Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş “Gələcəyə Bizimlə Addımla” adlı himni üçün video-klip hazırlanmışdır.

Klipin ərsəyə gətirilməsində məqsəd Bakı Gənclər Mərkəzinin daim gənclərin şəxsi inkişaf və karyera yüksəlişini, asudə vaxtlarının səmərəli təşkili, mövcud potensiallarının üzə çıxarılması üçün çalışdığını vurğulamaq və gəncləri bir Mərkəzdə toplamağa çağırışdır. 

Parlaq Azərbaycan gəncliyinin uğurlarından, qazandığı qələbələrdən, daima zəfər ruhlu olmasından bəhs edən himndə gəncləri birliyə, həmrəliyə səsləyən mesajlar yer almışdır. Himn müasir və milli musiqinin vəhdətindən təşkil olunmuş, gələcəyə doğru məğrur şəkildə addımlayan Azərbaycan gənclərini özündə təcəssüm etdirir.

“Gələcəyə Bizimlə Addımla!” klipini izləmək üçün link vasitəsilə keçid edə bilərsiniz:

https://bakuyouthcenter.az/

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …