Bazar ertəsi , Yanvar 24 2022
Ana səhifə / Aktual / Bakı Gənclər Mərkəzinin ilk gənclər jurnalı işıq üzü gördü.

Bakı Gənclər Mərkəzinin ilk gənclər jurnalı işıq üzü gördü.

Gənclər siyasətini uğurlu şəkildə həyata keçirən, gənclərə xüsusi diqqət və dəstəyi ilə seçilən Bakı Gənclər Mərkəzi daha bir yeniliyi ilə gəncləri sevindirdi.

 “Biz Gələcəyin Mənbəyiyik” adlı jurnalın birinci buraxılışı oxucuların ixtiyarına verildi.

Jurnalda Bakı Gənclər Mərkəzinin 1 illik fəaliyyət dövrünü əhatə edən maraqlı layihələr və tədbirlər, o cümlədən gənclərin inkişafına dəstək olan inkişaf məktəbləri, maraq klubları, könüllülük fəaliyyəti və s. digər fəaliyyətlər haqqında geniş məlumatlar öz əksini tapmışdır.

Nəfis tərtibat ilə dərc olunan jurnal maraqlı fotoşəkillərlə əhatə olunub.

Həmçinin oxuyun

Erməni Prezidentin istefa müraciəti – Tam mətn

Xəbər verdiyimiz kimi, Ermənistan Prezidenti vəzifəsindən istefa etməsi ilə bağlı müraciət yayıb. Erməni mediasına istinadla …