Çərşənbə , Sentyabr 27 2023
Ana səhifə / Aktual / Bakı Gənclər Mərkəzində “Şərq gecəsi” adlı konsert proqramı baş tutub-FOTO

Bakı Gənclər Mərkəzində “Şərq gecəsi” adlı konsert proqramı baş tutub-FOTO

26 Avqust Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü münasibətilə Bakı Gənclər Mərkəzində “Şərq gecəsi” adlı konsert proqramı baş tutub.


Konsert proqramı Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Tədbiri giriş nitqi ilə açıq elan edən Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva çıxışında “Muğamın Azərbaycanın milli sərvəti kimi dünya musiqi xəzinəsinin incisi olduğunu və eyni zamanda gələcək nəsillərə ötürülməsi və inkişaf etdirilməsinin gənclərin üzərinə düşdüyünü xüsusilə vurğulayıb.


Daha sonra isə Avaz Televiziya Muğam Müsabiqəsinin Qran-Pri mükafatçısı Kənan Bəşirli “Bayatı Şiraz” muğamını ifa edib. Həmçinin, Ustad xanəndə Sabir Abdullayev və tələbələri Kamran Tağıyev, Gülnar Zeynalova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin birinci kurs tələbəsi Gülyaz Həsənzadə, Qarabağ Muğam mərkəzinin 1-ci sinif şagirdi İbrahimova Aylin, əslən Cənubi Azərbaycandan olan Sunay Musapur, Bərdə Rayon 4 saylı Uşaq İncəsənət Musiqi məktəbinin şagirdləri Salmanlı Polad, Cəfərli Məhəmmədəli və Respublikanın müxtəlif regionlarından olan gənclər çıxış ediblər.
Konsert proqramında gənc muğam ifaçılarının çıxışları ilə yanaşı, möhtəşəm rəqs performansları da nümayış olunub.


Tədbirin əsas məqsədi Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən olan muğamın gənc nəslin nümayəndələri arasında inkişaf və təbliğ etdirilməsindən ibarətdir.
Tədbirdə millət vəkili Vüqar İskəndərov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, incəsənət nümayəndələri,media nümayəndələri və gənclər iştirak ediblər.


Tədbirin sonunda Bakı Gənclər Mərkəzinin direktoru “Şərq gecəsi” adlı konsert proqramının bədii rəhbəri Zərifə Tapdıqqızına öz minnətdarlığı bildirib, təşəkkürnamə ilə mükafatlandırmışdır. Həmçinin, tədbir iştirakçıları da sertifikatlar ilə təltif edilmişdirlər.

Həmçinin oxuyun

Qoyun-quzusu ilə birgə Ermənistan tərəfə keçdi – Video

Xəbər verdiyimiz kimi, artıq 50 mindən artıq erməni Qarabağı tərk edərək Ermənistan tərəfə keçib.Köç zamanı …