Çərşənbə , İyun 16 2021
Ana səhifə / Aktual / Bakı Gənclər Mərkəzi “Nizami Gəncəvi İli”nə növbəti töhfəsini verdi!

Bakı Gənclər Mərkəzi “Nizami Gəncəvi İli”nə növbəti töhfəsini verdi!

Bakı Gənclər Mərkəzi tərəfindən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş silsilə layihə və tədbirlər davam etməkdədir. 

Bu dəfə ölməz sənətkarın “Sirlər Xəzinəsi” poemasına daxil olanolan “Kərpickəsən kişinin dastanı” əsəri səhnələşdirilmişdir. 

Əməyin insana sərbəstlik verən, onu başqalarının qarşısında boyun əyib, əl açmaqdan xilas edən bir vasitə kimi baxıldığı dastanda yüksək insani görüşlər, əməksevərlik tərənnüm olunur.  Əsər əsasında hazırlanmış video-çarx gənclər üçün maarifləndirici rol oynayacaqdır. 

Video-çarxın hazırlanmasında əziyyəti olan bütün heyətə təşəkkür edirik! 

Nizami Gəncəvi ilinə həsr olunmuş növbəti layihələrdə özünüzü görmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın!

Video-çarxı link vasitəsilə izləyə bilərsiniz:

Həmçinin oxuyun

Damla: “Yuvamı yıxdılar, oğlumu atasız qoydular“ – Video

“Çox az müddət ailəli qaldım. Bu evliliyə görə peşman deyiləm”. Bu sözləri müğənni Damla Xəzər …