Ana səhifə / Aktual / Bakı Gənclər Mərkəzi daha bir uğurlu layihə ilə gündəmdə

Bakı Gənclər Mərkəzi daha bir uğurlu layihə ilə gündəmdə

Gənc nəslin hərtərəfli inkişafı, onların dünyagörüşünün, mənəvi və psixoloji sağlamlığının artırılması mühüm amillərdəndir.

Bakı Gənclər Mərkəzi bu yönümdə mütəmadi olaraq bir sıra layihələr, psixoloji konsultasiyalar, həyata keçirir.

2 fevral Gənclər Günü münasibətilə Mərkəzin psixoloqu Ruqiyyə Əşrəfli tərəfindən başlayan “Uğur” marafonuna 400 nəfər gənc müraciət edib. “Balans çarxı ” texnikası üzrə ilin planlaşdırılması, “Həyatın 4 sahə üzrə inkişafı”, “Sağlam həyat tərzinin əsasları”, “Özünü inkişaf və şəxsi artım”, “Meditasiyanın texnikası və yoqa- asanas” və s. marafonun əsas mövzularından olub. Qeyd edək ki, layihə iştirakçıları məruzələrə qatılmaqla bərabər verilən tapşırıqlardan ibarət hesabat da hazırlayıblar.

40 gün müddətində davam edən marafonda gənclər özlərində bir sıra yenilikləri kəşf etməklə yanaşı, nəzəri və praktiki biliklərə yiyələniblər.

Gənclərimizin Uğur Marafonu ilə bağlı təəssüratlrını izləyə bilərsiniz:

Həmçinin oxuyun

Rusiya miqrantları ölkədən qovur: Ən çox hansı ölkə zərər görəcək?

Xəbər verdiyimiz kimi Rusiya hökuməti MDB ölkələrindən olan 1 milyondan çox qanunsuz miqranta iyunun 15-nə …