Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / Bakı Avtovağzalı Qurban bayramında gücləndirilmiş rejimdə işləyəcək

Bakı Avtovağzalı Qurban bayramında gücləndirilmiş rejimdə işləyəcək

Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) qarşıdan gələn Qurban bayramı ilə əlaqədar yarana biləcək sərnişin sıxlığının qarşısını almaq məqsədilə iş qrafikində dəyişiklik edib.

Kompleksdən virtualaz.org-a verilən məlumata görə, avqustun 15-dən 27-nə qədər BBAK gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində 600-dən çox reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur.

Müqayisə üçün qeyd edək ki, hazırda gün ərzində Avtovağzaldan 400-440 nəqliyyat vasitəsilə, təxminən 12 min sərnişin yola salınır. Sərnişinlər biletləri BBAK-ın kassalarından və ya onlayn qaydada – www.bbak.az saytından 10 gün öncədən əldə edə bilərlər.

Nəqliyyat vasitələrinin fəaliyyətinə xüsusi komissiya nəzarət edəcək. Əlavə sual və təkliflər üçün vətəndaşlar 012 406 01 58/59 nömrələrinə müraciət edə bilərlər.

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …