Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Aktual / Bakı-Ankara qatarı açılır – Qiyməti belədir

Bakı-Ankara qatarı açılır – Qiyməti belədir

Bakı-Ankara qatarı avqust ayında sərnişinlərin istifadəsinə veriləcək.

” Azinforum.az ” “Railturkey.org”a istinadən xəbər verir ki, ilkin mərhələdə həftədə bir dəfə səfər həyata keçiriləcək. “Azərbaycan Dəmir Yolları” bu marşrut üzrə “Stadler” şirkətindən aldığı qatarları reysə buraxacaq.

Kupelərin tipindən asılı olaraq, qatar biletlərinin qiyməti 96 – 220 AZN arası dəyişəcək. Qatar 246 sərnişin üçün nəzərdə tutulub. Səfərin müddəti 40 saatdan çox olacağı güman edilir.

***

Azərbaycan Dəmir Yollarının QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova yayılan məlumatla bağlı “Qafqazinfo” ya açıqlama verib. O bildirib ki, qeyd edilən tarix və qiymət məsələləri rəsmi Ankaranın təklifləridir: “Azərbaycan tərəfi bu təkliflər üzərində müzakirə aparır. Biz tərəfdən hələ ki, yekun qərar yoxdur”.

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …