Cümə , Oktyabr 30 2020
Ana səhifə / Aktual / Bakı aeroportunda gömrükçülərin növbəti biabırçılığı: “Səfirliyin adını eşidən kimi geri addım atdılar” – FOTOLAR

Bakı aeroportunda gömrükçülərin növbəti biabırçılığı: “Səfirliyin adını eşidən kimi geri addım atdılar” – FOTOLAR

Xəbər verdiyimiz kimi, türkiyəli məşhur rejissor Nihat Odabaşı paytaxtımızın qonağıdır.
Azinforum.az Primetime-a istinadən xəbər verir ki, gecə 02:50 radələrində “Türk Hava Yolları” ilə Heydər Əliyev adına Hava Limanına enən rejissor CİP-dən keçən zaman problemlə qarşılaşıb. Belə ki, rejissor gömrük işçiləri tərəfindən 1 saatdan çox saxlanılıb. Buna səbəb olaraq baqajın birinci kameradan keçən zaman qırmızı kanala düşməsi göstərilib. Əgər gətirilən baqaj birinci kamerada qırmızı kanala düşübsə o zaman ikinci kameradan keçirilməyə hansı ehtiyac olub? Vətəndaş yaşıl kanal, açıq pəncərə yerindən keçib. Onun baqajı gəldiyi ölkənin gömrüyündə yoxlanılıbsa hansı səbəbə görə yük təkrar yoxlanmaldır? O halda təkrar yoxlama aparıla bilər ki, həmin şəxsin yükünün içində şübhəli hansısa əşya olsun.
Burada isə ancaq geyimlərdən söhbət gedir. Gömrük işçisi Cavid adlı şəxs gətirilən yükün ölkəyə keçirilməsinə icazə vermədiyi üçün 45 dəqiqə gözləməli olan qonağa növbəti səlahiyyətli şəxs olan Günay xanım yaxınlaşaraq deklarasiya yazmalı olduğunu deyib. Onun sözlərinə görə Azərbaycana gələn hər bir vətəndaş 1500 dollar dəyərindən artıq mal gətirə bilməz. Dəyərindən artıq olan mallar geri qaytarılacaq. Günay xanımla uzun söhbətdən sonra vətəndaş Türkiyə səfirliyi ilə əlaqə saxlayacağını bildirib. Bunu eşidən gömrük işçiləri daha öncə dediklərini unudaraq deklarasiyanın yazıldığı halda yükün Azərbaycana keçirilə biləcəyini bildiriblər. Maraqlısı budur ki, deklarasiya yazıldıqdan sonra baqaja baxış keçirilməyib. Bu isə həmin kağızın əsassız yerə yazıldığından xəbər verir. Çünki deklarasiyada sözügedən baqajlarda nəyin olduğu haqda məlumat verilir.

 

Həmçinin oxuyun

Qarabağda sonuncu erməni qalanadək: İrəvandakı “müharibə partiyası”nın intihar qərarı

Ermənistan haqq elədiyini axır ki, almaqdadır. Özü də artıqlaması ilə. Təcavüzkar ölkənin terrorçu və faşist …