Çərşənbə , İyun 26 2019
Ana səhifə / Aktual / Bakı aeroportunda azyaşlı ağlayaraq Binəli Yıldırımı qucaqladı – VİDEO

Bakı aeroportunda azyaşlı ağlayaraq Binəli Yıldırımı qucaqladı – VİDEO

Sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasına qatılmaq üçün Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Azərbaycana gəlib.
Heydər Əliyev Hava Limanında B.Yıldırımı Azərbaycan Milli Məclisin sədr müavini Valeh Əsgərov və bir sıra hökumət nümayəndələri qarşılayıblar.
Qarşılanmadan sonra hava limanının zalına daxil olan Binəli Yıldırım burada həyacanlı anlar yaşayıb. Belə ki, B.Yıldırımı hava limanında görən, Məhəmməd Taha adlı azyaşlı onun yanına gələrək ağlamağa başlayıb. Bundan sonra azyaşlı B.Yıldırıma sarılaraq bu sözləri deyib: “Mən sizi çox istəyirəm”.
Məhəmməd Tahanın göz yaşlarını silən Binəli Yıldırım da ona sarılaraq üzündən öpüb/Unikal.org
Həmin duyğusal görüntüləri sizlərə təqdim edirik:

Həmçinin oxuyun

Sabah 40 dərəcə isti olacaq, yağış yağacaq – PROQNOZ

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin …