Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Bakı-2015: Mürsəliyev gürcüyə qarşı – Canlı yayım

Bakı-2015: Mürsəliyev gürcüyə qarşı – Canlı yayım

10:17

 

İlk Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsinə bu gün yekun vurulacaq.

 

Axar.az xəbər verir ki, ikinci yarış günündə çəkisi 66, 75, 85 və 130 kq olan pəhləvanlar münasibətlərinə aydınlıq gətirəcəklər.

 

Aktivində 1 qızıl, 1 gümüş və 1 bürünc medal olan yığmamız bu gün də bütün çəki dərəcələrində təmsil olunacaq. Cəmşid Xeyrabadinin yetirmələrinin Avropa çempionatı statusunu da daşıyan Oyunlarda mükafat sayını artıracağı gözlənilir.

 

Yunan-Roma güləşi

 

66 kq

 

Dünya və Avropa çempionumuz Həsən Əliyev mübarizəyə təsnifat mərhələsindən başlayacaq. 25 yaşlı pəhləvanımız ilk görüşündə gürcüstanlı Saçino Davitaya ilə qüvvəsini sınayacaq.

 

75 kq

 

Yığmamızın aparıcı üzvlərindən Elvin Mürsəliyev də yarışa ilk mərhələdən qoşulacaq. O, slovakiyalı Riçard Riqo ilə üz-üzə gələcək.

 

85 kq

 

Millimizin liderlərindən olan Saman Təhmasibi ilk döyüşdə italiyalı Fabio Parisi (İtaliya) ilə qüvvəsini sınayacaq. O, mərhələ adlayarsa, Maksim Manukyan (Ermənistan) – Artur Omarov (Çexiya) cütünün qalibi ilə güləşəcək.

 

130 kq

 

Komandamızın ən ağır çəkili pəhləvanı Sabah Şəriəti 1/8 finalda Mikola Kuçmi ilə güləşəcək.

 

Qeyd edək ki, yunan-Roma yarışın ilk günündə Rəsul Çunayev (71 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş və Elman Muxtarov (59 kq) bürünc medal qazanıb.

 

10:21

 

Dünya və Avropa çempionumuz Həsən Əliyev mübarizəyə təsnifat mərhələsindən başlayıb. 25 yaşlı pəhləvanımız ilk görüşündə gürcüstanlı Saçino Davitaya ilə qüvvəsini sınayıb və 4:2 hesabı ilə qələbə qazanıb. O, 1/8 finalda xorvatiyalı Doniyel Yaneçiçlə güləşəcək.

 

10:21

 

Dünya və Avropa çempionumuz Həsən Əliyev mübarizəyə təsnifat mərhələsindən başlayıb. 25 yaşlı pəhləvanımız ilk görüşündə gürcüstanlı Saçino Davitaya ilə qüvvəsini sınayıb. Təmsilçimiz 4-2 hesabı ilə rəqibinə qalib, 8/1 finala yüksəlib.

 

11:05

 

75 kq

 

Yığmamızın aparıcı üzvlərindən Elvin Mürsəliyev də yarışa ilk mərhələdən qoşulub. O, slovakiyalı Riçard Riqo ilə qarşılaşır.

 

 

11:08

 

Elvin Mürsəliyevin startı uğurlu alınıb. O, slovakiyalı Riçard Riqonu vaxtından əvvəl məğlub edərək növbəti mərhələyə yüksəlib.

 

 

12:28

 

66 kq çəki dərəcəsində çıxış edən Həsən Əliyev 2-ci görüşündə – 1/8 finalda xorvatiyalı idmançı Daniel Janeciclə qarşılaşıb. Həsən Əliyev ilk hissəni 4:0 başa vurub. İkinci hissədə də üstünlüyü qoruyan idmançımız aktivinə bir xal da əlavə edərək görüşü 5:0 başa vurub və 1/4 finala vəsiqə qazanıb.

 

***

 

Rumın idmançının xəbərdarlığı olduğu üçün qələbə idmançımıza verilib. Beləliklə, Elvin növbəti mərhələyə adlayıb.

 

12:44

 

130 kq çəki dərəcəsində çıxış edən güləşçimiz Sabah Şəriəti 1/8 finalda ukraynalı Mikola Kuçmi ilə qarşılaşır.

 

12:48

 

Sabah Şəriəti rəqibinə 4:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.

 

13:03

 

66 kq çəki dərəcəsində çıxış edən Həsən Əliyev 1/4 finalda belaruslu Mixail Siaminou ilə güləşir.

 

13:09

 

Həsən Əliyev rəqibinə 3-0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

 

13:17

 

Yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində çıxış edən Həsən Əliyev yarımfinalda erməni güləşçi Miqran Arutyunyanla qarşılaşacaq. Görüş bir neçə dəqiqə sonra start götürəcək.

 

13:28

 

130 kq çəki dərəcəsində çıxış edən güləşçimiz Sabah Şəriəti 1/4 finalda gürcü Yakobi Kayaya ilə qarşılaşır.

 

13:35

 

Sabah Şəriəti rəqibinə 3-1 qalib gələrək yarımfinala yüksəlib.

 

14:02

 

Yunan-Roma güləşi üzrə 75 kq çəki dərəcəsində çıxış edən Elvin Mürsəliyev 1/4 finalda rusiyalı güləşçi Çingiz Labazanovla qarşılaşır.

 

14:05

 

130 kq çəki dərəcəsində çıxış edən güləşçimiz Sabah Şəriəti yarımfinalda belaruslu Yoseb Çuqaşvili ilə qarşılaşır.

 

***

 

Sabah Şəriəti rəqibinə 5-0 qalib gələrək finala yüksəlib.

 

14:11

 

Yunan-Roma güləşi üzrə 75 kq çəki dərəcəsində çıxış edən Elvin Mürsəliyev 1/4 finalda rusiyalı güləşçi Çingiz Labazanova 3-1 qalib gələrək yarımfinala yüksəlib.

 

14:24

 

Yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində çıxış edən Həsən Əliyev yarımfinalda erməni güləşçi Miqran Arutyunyanla qarşılaşır.

 

14:34

 

Həsən Əliyev yarımfinalda erməni güləşçi Miqran Arutyunyana 1-3 hesabı ilə məğlub olub.

 

14:55

 

Yunan-Roma güləşi üzrə 75 kq çəki dərəcəsində çıxış edən Elvin Mürsəliyev yarımfinalda Zurabi Datunaşvili ilə qarşılaşır.

 

 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın