Ana səhifə / Aktual / “Bakcell”dən futzal turnirinə dəstək

“Bakcell”dən futzal turnirinə dəstək

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi “Bakcell” şirkəti AFFA-nın və Sahə Futbol Federasiyaları İctimai Birliyinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitmə qüsurlu insanlar arasında futzal üzrə “Payız turniri”nə ənənəvi dəstəyini göstərib.

Azinforum.az  xəbər verir ki,22-24 noyabr 2018-ci il tarixlərində Bakı şəhərində keçirilmişnövbəti “Payızturniri”ndəeşitməqüsurlu əlillər üçün xüsusi internat məktəblərinin şagirdlərindən ibarət beş komanda (“Şimşək”, “Zirvə”, “Ümid”, “Azəri”, “Bakı”) öz gücünü sınayıb.

Turnirin nəticəsində birinci yerə “Şimşək” komandası, ikinci və üçüncü yerlərə isə müvafiq olaraq “Azəri” və “Zirvə” komandaları layiq görülüb. Yarışın ən yaxşı oyunçusu Ülvü İbrahimov ((“Şimşək”), ən yaxşı qapıçısı Rabil Şahbazov (“Azəri”) və ən məhsuldar oyunçusu Qədirli İbrahim (“Şimşək”) olub.

“Bakcell” şirkəti 2007-ci ildən bəri mütəmadi olaraq Əlillər Futbolu Federasiyasının futzal üzrə müxtəlif turnirlərinə dəstək göstərir. “Payız turniri”nin əsas məqsədi eşitməqüsurlu uşaqları sağlam həyat tərzinə alışdırmaq və inteqrasiya etməkdir.

“Bakcell”özünün genişmiqyaslı “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə Azərbaycanda gənclər və idmanın inkişafına dəstək göstərir və xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərə yönəlmiş mühüm layihələri həyata keçirir.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …