Cümə , Dekabr 4 2020
Ana səhifə / Aktual / “Bakcell”dən Silahlı Qüvvələrə Yardım Fonduna ümumilikdə 1,5 milyon ianə

“Bakcell”dən Silahlı Qüvvələrə Yardım Fonduna ümumilikdə 1,5 milyon ianə

“Bakcell” şirkəti Silahlı Qüvvələrə Yardım Fonduna daha 1 milyon məbləğində vəsait köçürüb.

Bununla bağlı daxil olan məlumatda bildirilir ki, Şirkət cəbhədə Ermənistanın təcavüzünün qarşısının alınması və işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şücaətlə irəliləyən Ordumuza dəstək üçün bir neçə gün əvvəl də 500 min manat ianə etmişdi.

Beləliklə, “Bakcell” tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna göstərilən maddi dəstəyin ümumi məbləği 1 milyon 500 min manat olub: “Bu məbləğ “Bakcell” şirkətinin daxil olduğu “NEQSOL Holding” tərəfindən ayrılmış 2.5 milyon manat məbləğində ümumi büdcə çərçivəsində Fondun hesabına köçürülüb.

“Bakcell” şirkətinin kollektivi vətən uğrunda qəhrəmancasına vuruşan xilaskar əsgərlərimiz qarşısında baş əyir və onlarla qürur duyduğunu bildirir. Sarsılmaz şücaətə malik hərbi qüvvələrimizin zəfər xəbərlərini səbirsizliklə gözləyirik.

Qarabağ Azərbaycandır!”.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə yaradılıb. Fondun əsas maliyyə mənbəyi hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan vəsaitdir.

Həmçinin oxuyun

Bakı Qələbə paradına hazırlaşır – VİDEO

Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda möhtəşəm hərbi parad təşkil olunacaq. …