Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / “Bakcell” karyera qurmaqda tələbələrə dəstək göstərir

“Bakcell” karyera qurmaqda tələbələrə dəstək göstərir

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi “Bakcell” şirkəti Azərbaycan Texniki Universitetinin tələbələri üçün təşkil olunmuş karyera sərgisində iştirak edib.

Azinforum.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin Karyera Mərkəzi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş karyera sərgisində 70-ə yaxın şirkət və müəssisə iştirak edib. Sərgi tələbələrə məşğulluq, iş, təcrübə imkanları təklif etməklə yanaşı, müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmağa şərait yaradib.

Tədbirdə iştirak edən tələbələrə “Bakcell”in satış və marketinq departamentlərində mövcud olan vakansiya və təcrübə imkanları barədə məlumat verilib. Şirkət nümayəndələri işaxtaranlar və potensial namizədlərlə müsahibələr keçirib.

Özünün genişmiqyaslı korporativ sosial fəaliyyətinə görə seçilən “Bakcell” şirkəti, Azərbaycan gənclərinin təhsili və peşəkar inkişafını diqqət mərkəzində saxlayır və gənc mütəxəssislərin məşğulluğunun inkişaf etdirilməsinə böyük töhfə verir. Təkcə cari il ərzində şirkət bir sıra iri karyera sərgisində iştirakla yanaşı özünün ənənəvi yay təcrübə proqramını elan edib və gənclərin karyera və təhsilinə dəstək məqsədini daşıyan digər layihələri uğurla həyata keçirib.

“Bakcell” şirkəti gənclərin təhsil almasına və karyera qurmasına dəstək göstərmək və beləliklə Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verməyə yönəlmiş uğurlu fəaliyyətini davam edəcək.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …