Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Aktual / “Bakcell” daha bir satış və müştəri xidmətləri mərkəzini Zaqatalada açdı – FOTOLAR

“Bakcell” daha bir satış və müştəri xidmətləri mərkəzini Zaqatalada açdı – FOTOLAR

Zaqatala şəhərində “Bakcell”in yeni Satış və Müştəri Xidmətləri mərkəzinin açılışı olub.

Musavat.com  xəbər verir ki, açılışda “Bakcell”in baş icraçı direktoru Nikolay Beckers, şirkət nümayəndələri, jurnalistlər və bir sıra qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Nikolay Beckers Zaqatala sakinlərini bu münasibətlə təbrik edib. O, bildirib ki,” Bakcell” şirkəti müştəri xidmətləri mərkəzlərinin və xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində işlərini bundan sonra da davam etdirəcək.

Qeyd edək ki, Bakcell-in regionlarda ümumilikdə 22 müştəri xidmətləri mərkəzi fəaliyyət göstərir.

Nikolay Beckers mərasimdə həmçinin “Bakcell-in yeni “Wi-fi router” modemini də ictimaiyyətə təqdim edib.

“İstifadəçilər bu cihaza sahib olmaqla evdə, işdə rahat şəkildə yüksək sürətlə internetə daxil ola bilərlər. Modem vasitəsilə eyni anda 100 metr radiusda olan 32 istifadəçi internetə qoşula bilər”, – deyə Beckers bildirib.

Bakcell-in “Wi-fi router” cihazı barədə ətraflı olaraq http://Bakcell.com/az/simsizinternet saytından məlumat əldə edə bilərsiniz.

Baş icraçı direktor Qəbələdə 4G şəbəkəsinin olduğunu qeyd edib və gələcəkdə bütün ölkə ərazisini 4G şəbəkəsi ilə əhatə etməyi planlaşdırdıqlarını, bu istiqamətdə işlər aparıldığını söyləyib.

O, bu il Bakcell-in “Ookla” şirkəti tərəfindən ölkənin ən sürətli mobil şəbəkəsi seçildiyini də diqqətə çatdırıb.

Qeyd edək ki, açılış ərasiminin sonunda ilk 50 müştəriyə 4G datakart və bir ay pulsuz internet hədiyyə edib.

Həmçinin oxuyun

Usubovdan Ağstafadakı qan davası haqda açıqlama: “Vəzifəli şəxslər vaxtı ilə…”

“Azərbaycanda namus və digər əsaslarla törədilən qəsdən adam öldürmə cinayətlərilə bağlı daim təhlillər aparılır”.Bunu jurnalistlərə …