Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Bakcell” Azərbaycanda ən sürətli mobil internet təqdim edir

“Bakcell” Azərbaycanda ən sürətli mobil internet təqdim edir

“Bakcell” növbəti dəfə internetin sınaq və təhlili sahəsində dünya lideri olan “Ookla®” tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” kimi tanınıb.

Şirkət 2019-cu ilin I və II rübü üzrə “Ən sürətli mobil şəbəkə üzrə Speedtest mükafatı”nın qalibi olub. Bu mükafatı qazanmaq üçün “Bakcell” ölkənin mobil rabitə bazarında fəaliyyət göstərən operatorlar arasında ən yüksək ortalama yükləmə sürəti, ən yüksək ortalama məlumat göndərmə sürəti və ən yüksək “SpeedScore” (sürət balları) nəticəsini nümayiş etdirib.

“Ookla”nın “Speedtest” platforması vasitəsilə həyata keçirilən 100 000-ə yaxın test təsdiqləyir ki, “Bakcell” şəbəkəsində orta yükləmə sürəti saniyədə 37.99 meqabit, orta məlumat göndərmə sürəti isə saniyədə 16.79 meqabitə bərabərdir.

“Bakcell” öz abunəçilərinə təqdim etdiyi xidmətlərin keyfiyyətini artırmaq üçün əlindən gələni edir, çünki abunəçilərimiz bizdən mükəmməl əhatə dairəsi və ən yaxşı mobil internet sürəti gözləyir. Mən şadam ki, bu istiqamətdə gördüyümüz işlər növbəti dəfə “Ookla” tərəfindən yüksək qiymətləndirilib və “Bakcell” şəbəkəsinin Azərbaycanda ən sürətli olması bir daha da təsdiq olunub. “Bakcell” öz abunəçilərini bütün ölkə ərazisində yüksək keyfiyyətli video izləmək və yaxud sosial şəbəkələrdən istifadə etmək kimi müasir mobil telekommunikasiya xidmətləri ilə təmin etməkdən məmnunluq duyur. Mən bu mükafatı Azərbaycanın ən üstün mobil şəbəkəsini abunəçilərimiz üçün daha da yaxşı etmək öhdəliyi kimi qəbul edirəm və söz verirəm ki, bu istiqamətdə daha böyük səylə çalışacağıq”, – deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Rainer Ratgeber bildirib.

“Bakcell” artıq üçündü dəfədir Azərbaycanın ən sürətli mobil şəbəkəsi adına layiq görülür.

“Hər gün “Speedtest” üzərindən aparılan milyonlarla sınaq sayəsində “Ookla” bütün dünya üzrə internet nəticələri barədə dəqiq və ətraflı məlumatlara malikdir. Ciddi araşdırma və təhlilimizə əsaslanaraq, biz böyük məmnuniyyətlə təsdiq edirik ki, “Bakcell” Azərbaycanın ən sürətli mobil şəbəkəsidir. Bu mükafat “Bakcell” abunəçilərinin 2019-cu ilin I və II rübü ərzində əldə etdiyi xüsusi xidmət keyfiyyətinin bariz göstəricisidir” – deyə, “Ookla”nın icraçı vitse-prezidenti Jamie Steven bildirib.

“Bakcell” öz şəbəkəsini və göstərilən xidmətlərin keyfiyyətini daha da təkmilləşdirərək bundan sonra da abunəçilərini yüksək keyfiyyəti istifadəçi təcrübəsi ilə təmin edəcək.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …