Şənbə , Yanvar 23 2021
Ana səhifə / Aktual / “Bakcell”ə “Ən yaxşı təqdimat” sertifikatı verildi – Video

“Bakcell”ə “Ən yaxşı təqdimat” sertifikatı verildi – Video

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi “Bakcell şirkəti” “Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı zamanı “Ən yaxşı təqdimata” görə xüsusi təşəkkürnamə sertifikatına layiq görülüb.

Azinforum.az xəbər verir ki, builki sərgidə “Bakcell” stendinin qonaqları innovasiyalar və ən müasir texnologiyalar, rahat və müasir məhsul və xidmətlər və şirkətin son nailiyyətləri ilə tanış olub, bir çox maraqlı müsabiqə, oyun və hətta lotereyada iştirak etmək şansı qazanıblar.

“Bakutel 2018” zamanı “Bakcell” Azərbaycanda ilk dəfə olaraq “5G-yə hazırlıq” adlanan 4.5G texnologiyası üzərindən təmin olunan 600 Mbps mobil sürətini nümayiş etdirib.

Sərgidəki “Bakcell”stendini ziyarət edən qonaqlar innovasiya və texnologiyalarla yanaşı şirkətin yeni istifadəyə verilmiş “Mənim Bakcellim” mobil tətbiqetməsi ilə tanış olmaq və xüsusi lotereyada iştirak edib dəyərli hədiyyələr qazanmaq imkanı əldə ediblər. Həmçinin, “Bakcell” stendində gənc yerli developerlər tərəfindən “AppLab” inkubasiya mərkəzinin dəstəyilə yaradılmış 2 yeni layihə – –“Run2Help” və “bilik.az” təqdim olunub. Stendin “Wi-Fi Evinizdə” guşəsində isə sərgi ziyarətçiləri “Bakcell”in yeni təqdim olunmuş Wi-Fi qurğusunun üstünlükləri ilə tanış olub, ölkənin ən sürətli 4G internetindən istifadə etmək və “Virtuall Realliq” proqramında futbol oynamaq imkanı qazanıblar. Bundan əlavə, stendin qonaqları “Ulduzum” loyallıq proqramına aid labirint oyununda iştirak edərək “Ulduzum” tərəfdaşlarından maraqlı hədiyyələr qazanıblar.

“Bakcell”in “Bakutel 2018” sərgisində iştirakı ilə bağlı hazırlanmış videoçarxa burada baxa bilərsiniz: https://youtu.be/8BMNHvH01j4

Unikal, innovativ və maraqlı məzmun sayəsində Bakcell şirkətinin stendi “Ən yaxşı təqdimat”a görə “BakuTel-2018” sərgisinin təşkilatçısı Caspian Event Organizers (CEO) şirkəti tərəfindən xüsusi təşəkkürnamə sertifikatı ilə təltif olunub.

Həmçinin oxuyun

“Xərçəngdən dünyasını dəyişən jurnalistin mənzilini də mənimsəyiblər” – Yeni faktlar

Bakının Səbail rayonunda jurnalistlər üçün tikilmiş binalardan qanunsuz yollarla mənzil verilmiş jurnalistlərdən evlərin geri alınacağı …