Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Bahar Muradova: “Azərbaycan Xalq Cümhuriyyəti qurucularını çox böyük hörmətlə yad edirik”

Bahar Muradova: “Azərbaycan Xalq Cümhuriyyəti qurucularını çox böyük hörmətlə yad edirik”

“Bu gün biz Azərbaycan Xalq Cümhuriyyəti qurucularını çox böyük hörmətlə yad edirik. Biz yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq”.

Moderator.az-ın məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentdə Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri ilə görüşündə deyib.

B.Muradova deyib ki, Cümhuriyyət qurucuları mühacirətdə olduqları dövrdə də Azərbaycanın bir zaman müstəqillik qazanacağına inamlarını itirməyiblər.

Vitse-spikerin sözlərinə görə, bu insanların irsini qorumaqla yanaşı, müasir Azərbaycan dövlətini də qorumalıyıq.

O qeyd edib ki, Azərbaycanda parlamentarizm ənənələri qədimdən mövcud olub.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …