Ana səhifə / Bahar Lətifqızı: “Qızım dedi ki, silahım olsa, onları öldürərəm”

Bahar Lətifqızı: “Qızım dedi ki, silahım olsa, onları öldürərəm”

Müğənni Bahar Lətifqızı “Xocalı” adlı mahnısına çəkilmiş klipin təqdimat mərasimini keçirib.

Zirə Mədəniyyət Mərkəzində baş tutan təqdimatda ilk olaraq ekran işi nümayiş olunub. Daha sonra kürsüyə çıxan müğənni sözləri Zəlimxan Yaquba, musiqisi isə Aytən Oqtayqızına məxsus olan mahnı əsasında ərsəyə gələn layihədən danışıb:

“İki il idi ki, “Xocalı” layihəsi üzərində çalışırdıq. Bu klipi ərsəyə gətirən Nazim Şərbətova, ideya müəllifi prodüserim Vəfa Nuriyevaya, həmçinin mənə dəstək olan Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvlərinə təşəkkürümü bildirirəm. Balaca qızım belə klipi izlədikdən sonra mənə dedi ki, silahım olsa, erməniləri öldürərəm. Çünki onlar bizim körpələrimizi qətlə yetiriblər. Mən hər kəsi Xocalı soyqırımını tanıtmağa səsləyirəm. Xocalını Azərbaycana tanıtmaq lazım deyil. Millətimiz erməninin kim olduğunu yaxşı bilir. Klipdə xarici dildə altyazıdan istifadə edilib, məqsədimiz Xocalı faciəsini dünyada tanıtmaqdır. İnanıram ki, bütün ölkələr bu video-çarxa baxacaq və millətimizin necə əzblı günlər yaşadığını görəcək”.

Qeyd edək ki, tədbirə millət vəkilləri Rauf Əliyev, Flora Qasımova, Aydın Hüseynov, Hikmət Babaoğlu da qatılıb. Onlar layihə haqda fikirlərini bölüşüblər. (Musavat.com)

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın