Bazar , Yanvar 16 2022
Ana səhifə / Aktual / “Bahalaşma ilə bağlı sosial şəbəkələrdə əsaslı narazılıqlara rast gəlinir…”

“Bahalaşma ilə bağlı sosial şəbəkələrdə əsaslı narazılıqlara rast gəlinir…”

Baş nazir Əli Əsədov bu gün Milli Məclisin iclasında 2022-ci il üçün dövlət büdcəsinin təsdiqlənməsinə dair müzakirələr zamanı ərzaq bahalaşmasına, Zəngəzur dəhlizinin açılmasına, ordu quruculuğuna dair qarşıya qoyulmuş vəzifələrə və digər mövzulara toxunub. Baş nazirdən sitatları təqdim edirik:

-Yeni sosial inkişaf layihəsinin hazırlanması başa çatdırılıb. Layihə Prezident İlham Əliyevə təqdim edilib. Gələn ilin dövlət büdcəsi müstəqil Azərbaycanın ən böyük büdcəsidir. Böyük qələbədən sonra yaranmış yeni çağırışlar dövlət büdcəsinin layihəsində nəzərə alınıb;

-Sosial şəbəkələrdə qiymət artımı ilə bağlı əsaslı narazılıqlara rast gəlinir. BMT-nin və diqər beynəlxalq təşkilatların hesablamalarına görə, qiymətlərdə bahalaşma son 30 ilin ən yüksək səviyyəsinə çatıb. Ərzaq təhlükəsizliyinə xüsusi diqqət veriləcək. Qiymət artımı ilə əlaqədar hökumət mümkün olan bütün qabaqlayıcı tədbirləri görür və bundan sonra da görəcək. Süni qiymət artımının qarşısının alınması ilə bərabər, idxalın əvəzinə istehsalın artırılması nəzərdə tutulur;

-Ordu quruculuğunun daha da gücləndirilməsi Ali Baş Komandan İlham Əliyev tərəfindən qarşımıza qoyulan ən vacib məsələlərdən biridir. Hərbçilərin həyat şəraitinin yaxşılaşdırılması hökumətin diqqət mərkəzindədir;

-İndiyə qədər vaksinasiya üçün 433 milyon manat vəsait xərclənib. Gələn ilin dövlət büdcəsində bunun üçün müvafiq vəsait nəzərdə tutulub;

-Zəngəzur dəhlizinin açılması çox önəmli məsələlərdən biridir. Vətən müharibəsində qazanılan Zəfərdən sonra ölkəmiz gələcəyə baxır. Regionda nəqliyyat dəhlizlərinin açılması Azərbaycanın maraqlarına cavab verir;

-Subsidiyaların verilməsi mexanizminə nəzarət ciddi şəkildə gücləndiriləcək. Ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün gələn ilin dövlət büdcəsində böyük həcmdə vəsait nəzərdə tutulub;

-Gələn ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi nəzərdə tutulub. Əməkhaqqının və pensiyanın artırılması ilə bağlı maliyyə təminatı yaradılıb.  “Vətən Müharibəsi Qəhrəmanlarının, şəhidlərin ailə üzvlərinin, qazilər sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzindədir;

Həmçinin oxuyun

Ermənilər Arazdəyən-Mehri dəmir yolunun bərpasına pul tapmırlar

“Hazırda Mehri və Arazdəyən hissələrinin inventarlaşdırılması işləri aparılır. Layihənin həyata keçirilməsi üçün bütün maliyyə xərclərinin …