Ana səhifə / Aktual / Bağ evini satıb orduya 50 minlik dəstək verdi – EŞQ OLSUN!

Bağ evini satıb orduya 50 minlik dəstək verdi – EŞQ OLSUN!

Ermənistan tərəfinin təxribatı nəticəsində cəbhədə başlayan gərginlikdən sonra bir çox şirkətlər dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna ianə köçürürlər.

“Qafqazinfo” xəbər verir ki, böyük şirkətlərlə yanaşı, artıq fiziki şəxslər də bu dəstəyə qoşulub. Onlardan biri də Bibiheybət sakini, fərdi sahibkar Xanlar Hüseynovdur. O Bilgəh ərazisində yerləşən bağ sahəsini sataraq 50 min manat məbləğində pulu Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb.

Həmin şəxs daşınmaz əmlakının alqı-satqı müqaviləsinin 1 nüsxəsini də redaksiyamıza göndərib.

Həmçinin oxuyun

Təbriz Musayev: “Belə fikirləri ortaya atanlar təxribatla məşğuldur”

Sosial şəbəkədə Mirfaiq Mirheydərli adlı şəxs yazır ki, PKK ilə işləmək üçün kürd əsilli vətəndaşlarımızın …