Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / BABA RZAYEVİN İŞDƏN QOVDOĞU ADAM KÜRDƏMİRİN SABIQ İCRA BAŞÇISININ OĞLUDUR – “Texniki şərt” qalmaqalı

BABA RZAYEVİN İŞDƏN QOVDOĞU ADAM KÜRDƏMİRİN SABIQ İCRA BAŞÇISININ OĞLUDUR – “Texniki şərt” qalmaqalı

Azinforum.az-a “Azərişıq” ASC-də baş verən bir kadr dəyişikliyilə bağlı məlumat daxil olub. Həmin qurumdakı mənbənin verdiyi məlumata görə, “Azərişıq”  adından iri ticarət obyektlərindən “texniki şərt” adı ilə pul toplanması haqda edilən şikayətlər Baba Rzayevin bərk qəzəbinə səbəb olub. 

Qeyd edək ki, ilk dəfə bu mövzuya Azinforum.az saytı toxunub. Saytımız Qadir adlı şəxsin Novxanı qəsəbəsində “Azərişıq” adı ilə ticarət obyektlərindən hərrac toplamasına dair vətəndaşların şikayətini işıqlandırmışdı. Yalnız ondan  sonra, məsələnin mahiyyətindən xəbər tutan Baba Rzayev problemin araşdırılmasına dair ciddi göstəriş verib. Həmin andan Qadirin yoxa çıxdığı, hətta bəzi iddialara görə, Apşeron polisi tərəfindən məsuliyyətə cəlb edildiyi bildirilir.

 

pul

Qeyd edək ki, Qadirin Novxanıdakı əməllərini hansısa gücə arxayın olaraq törətdiyinə dair də məlumatlara malikik. Hətta özünü toxunulmaz kimi hesab edən bəzi adamların bununla bağlı “razborka” apardıqları və ünvanımıza göndərilən hədələrdən də xəbərdarıq. Ancaq bildirmək istəyirik ki, bizim fəaliyyətimiz tam qanun çərçivəsində olduğu üçün, çəkinəcək nəyimizsə yoxdur.

Fakt olaraq isə bildiririk ki, bizim yazdıqlarımız bir çox ciddi mövzularda təsdiqini tapdığı kimi, bu məsələdə də elə oldu. Bu səbəbdən də, Qadirin və bəzi qanunsuz işlərinin arxasında duranlardan ricamız odur ki, öz işlərilə məşğul olsalar yaxşıdır…

Azinforum.az qeyd edir ki, Baba Rzayevin şəxsi nəzarətində olan bu məsələ “Azərişıq”ın daha iki məsul əməkdaşının cəzalandırılması ilə nəticələnib.  Verilən məlumatda bildirilir ki,  həmin şəxslər paytaxtın Yasamal ərazisindəki ticarət obyektlərində “texniki şərt” adı ilə pul tələb etdikləri üçün vəzifədən azad ediliblər. İşdən azad edilən məsul əməkdaşlardan birinin  Kürdəmir rayonun icra hakimiyyətində çalışan (Bəzi iddialara görə isə, icra başçısının oğlu olduğu bildirilir-R.Ə) şəxsin övladı olduğu deyilir.

Azinforum.az bazar günü olduğu səbəbindən “Azərişıq”la məlumatı dəqiqləşdirə bilməyib. Mövzuya qayıdacayıq…

P.S. Apardığımız araşdırmadan sonra məlum oldu ki, yazıda adı çəkilən şəxs Kürdəmirin keçmiş icra başçısının oğludur. Qeyd edək ki, keçmiş başçı Fəxrəddin Məlikov Azəriqaz İstehsalat Birliyinin keçmiş rəhbəri Əlixan Məlikovun qardaşıdır.

Rövşən ƏLİ,

Azinforum.az

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın