Cümə , Oktyabr 30 2020
Ana səhifə / Aktual / Baba Rzayev işə başladı, “itmiş” meqavatlar qayıtdı

Baba Rzayev işə başladı, “itmiş” meqavatlar qayıtdı

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ötən ilin payızından etibarən başladılan “Reabilitasiya Proqramı” çərçivəsində  digər elektrik stansiyalarında olduğu kimi, “Səngəçal” Elektrik Stansiyasında da “itirilmiş” gücün bərpa edilməsi istiqamətində işləri davam etdirir.

Bu barədə virtualaz.org-a “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat Mərkəzinin rəhbəri Teymur Abdullayev məlumat verib.

Xatırladaq ki, ötən ilin payızında, Mingəçevirdəki “Azərbaycan İES”-də baş vermiş və ölkəni işıqsız qoymuş qəzanın səbəblərinin araşdırılmasının ardınca “Azərenerji” ASC-nin rəhbərliyi dəyişib. Prezident İlham Əliyev “Azərişıq” ASC-nin sədri Baba Rzayevi “Azərenerji” ASC-nin sədri təyin edib. Həmin vaxtdan etibarən ölkənin enerji sistemində genişmiqyaslı yenidənqurma və modernizasiya işləri başlayıb.

 “Azərenerji” ASC “Reablitasiya Proqramı” çərçivəsində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan  “Azərbaycan” İstilik Elektrik Stansiyası başda olmaqla əksər istilik, su və kiçik elektrik stansiyalarında yenidənqurma, təmir-bərpa işləri həyata keçirir.

T.Abdullayev deyib ki,  ötən ilin payızında qəbul edilən “Peabilitasiya Proqramına” qədər “Səngəçal” Elektrik Stansiyasında mövcud 18 aqreqatdan 4 ədədi ümumiyyətlə işləmirdi, qalan 14 aqreqat isə kəsirlə işləyirdi.

“Məhz həmin 14 aqreqatın mühərriklərində aparılan təmir işləri nəticəsində 30 MVt “itirilmiş” güc bərpa edilib. Eyni zamanda, işləməyən 4 aqreqatdan biri yenisi ilə əvəz edilib, digər aqreqatın isə ehtiyat hissələri gətirilərək sazlama işləri aparılıb və işə qoşulub.  Həmin işləməyən 2 aqreqatın işə düşməsi nəticəsində əlavə 32 MVt “itirilmiş” güc bərpa edilib. Bununla da “Reabilitasiya Proqramı” çərçivisində “Səngəçal” Elektrik  Stansiyası üzrə itirilmiş gücün bərpası 62 MVt-a çatdırılıb»-T.Abdullayev bildirib.

Onun sözlərinə görə, ümumilikdə isə ilin sonuna qədər “Səngəçal” ES-də aparılan işlər nəticəsində 90 meqavat “itirilmiş” güc bərpa olunacaq və bununla da Bakı da daxil olmaqla ölkənin elektrik təchizatının etibarlığı və dayanıqlığı üçün daha bir addım atılmış olacaq.

Virtualaz.org

Həmçinin oxuyun

Paşinyan məmurları əvəzləməklə vaxt udmağa çalışır

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Ordusu qarşısındakı ardıcıl məğlubiyyətlərini cəmiyyətə heç cür izah edə …