Ana səhifə / Aktual / “Bəzi sənətçilərin mükafatlarını əllərindən alardım” – Siyavuş Kərimi

“Bəzi sənətçilərin mükafatlarını əllərindən alardım” – Siyavuş Kərimi

Yazılan musiqi bəstəkarın səviyyəsi qədərdir. Əgər bəstəkar yüksək səviyyəlidirsə, musiqisi də qalıcı olacaq. Tofiq Quliyev, Rauf Hacıyev, Cahangir Cahangirov kimi bəstəkarlarımızın əsərləri kimi… 

Bu barədə Unikal.org-a açıqlamasında Azərbaycan Milli Konservatoriyasının rektoru, Azərbaycan Respublikasının xalq artisti, professor, bəstəkar Siyavuş Kərimi bildirib:

“Lakin hazırda yüksək fəxri adları və dövlət mükafatları olan bəzi bəstəkarlarımız və ifaçılarımız var ki, ixtiyarım olsaydı,  əllərindən alardım, çünki onlar həmin mükafata layiq deyillər. 
Necə olur axı Tofiq Quliyev də Xalq artistidir, onlar da? Onların arasında səviyyə fərq bilinməlidir. Bu fərqin olmaması yüksək səviyyəli musiqiçi və ifaçıların şərəfli adına kölgə salır”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …