Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / “Bəzi məmurlar İlham Əliyevin xəbərdarlığını kifayət qədər ciddiyə almadılar” – DEPUTAT

“Bəzi məmurlar İlham Əliyevin xəbərdarlığını kifayət qədər ciddiyə almadılar” – DEPUTAT

“Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyevin və müavinlərinin həbsi Azərbaycan Prezidentinin inzibati aparata nəzarəti gücləndirmək siyasətinin məntiqi nəticəsi oldu”.

Bunu virtualaz.org-a açıqlamasında Milli Məclisin deputatı Fazil Qəzənfəroğlu deyib.

F.Qəzənfəroğlunun fikrincə, görünən odur ki, bəzi məmurlar bu ilin oktyabr ayının sonunda İlham Əliyevin Xaçmaz və Yevlax rayonlarının yeni təyin olunmuş başçıları ilə görüşdə səslənən xəbərdarlığına kifayət qədər əhəmiyyət verməyiblər. Prezident onlarla söhbət zamanı bəzi icra hakimiyyəti başçılarının mərkəzi hakimiyyət orqanlarına yalan məlumat göndərdiklərini bildirdi.

“Onların saxta hesabatları işlərindəki nöqsanları gizlətməyə və özlərini göstərməyə hesablanıb. Halbuki dövlət başçısı korrupsiya və rüşvətxorluğa qarşı amansız mübarizəyə çağırdı və bütün qanunsuz halların aradan qaldırılması barədə ciddi xəbərdarlıq etdi: “Mən sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər. Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir. Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır. Ona görə bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə çox ciddi fəaliyyət göstərməlisiniz, tamamilə şəffaf vəziyyət yaradılmalıdır”.Ancaq bəziləri onu eşitmək istəmədilər. Qoy indi özlərindən küssünlər.

Fəaliyyətdə olan İcra hakimiyyəti başçısının həbsi göstərir ki, Prezident prinsipal siyasi xətt yürüdür və heç bir istisnalar ola bilməz. İndi bütün digər vəzifəli şəxslər nəticə çıxarmalı və işlərini vicdanla yerinə yetirməlidirlər. Prezident tərəfindən dövlət vəzifəsinə təyin olunan şəxs, bütün fəaliyyəti ilə yüksək etimadı doğrultmağa borcludur, əks halda Ağstafanın başçısının başına gələnlər onun da başına gələcək”, – deyə deputat vurğulayıb.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …