Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Bəzi deputatlara xəbərdarlıq edirik, amma nəticəsi olmur” – Oqtay Əsədov

“Bəzi deputatlara xəbərdarlıq edirik, amma nəticəsi olmur” – Oqtay Əsədov

“Buradan hər kəsi yaxşı görürəm. Plenar iclas keçirilən günün birinci yarısında burada olanların 30 faizi ikinci hissədə iştirak etmirlər. Bunu elan etməli deyiləm axı…”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişikliklər layihəsinin müzakirəsi zamanı parlamentin sədri Oqtay Əsədov deyib.

Spiker qeyd edib ki, hər bir deputat iclasda iştirak etməlidir: “Elə deputatlar var ki, günün ikinci yarısında iclasda iştirak etmir. Xəbərdarlıq edirsən, nəticəsi olmur…Buna son qoymaq üçün günün ikinci yarısında da qeydiyyat aparılmasını təklif edirsinizsə, edərik”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …