Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Bəxtiyar Paşa ilk dəfə Azərbaycan teleməkanında -VİDEO

Bəxtiyar Paşa ilk dəfə Azərbaycan teleməkanında -VİDEO

AzTv-də yayımlanan “Əsas məsələ” verilişinin növbəti buraxılışı Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərinə həsr olunub.

Efirə dəvət olunan qonaqlar arasında Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı general-polkovnik Bəxtiyar Ersay da yer alıb. Bu, Bəxtiyar Paşanın Azərbaycan teleməkanında ilk çıxışı olub.

Bundan başqa, Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidov da keçirilən təlimlərdən danışmaq üçün studiyada qonaq qismində çıxış edib.

Yüksək rütbəli zabitlər iki qardaş ölkənin ordusunun birgə təlimlərinin miqyasından, xarakterindən, eləcə də verdiyi ismarışlardan söz açıblar.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …