Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Bəxtiyar Hacıyev “Azercell”i dələduzluqda ittiham edir- MƏHKƏMƏDƏ MÜŞTƏRİLƏRƏ QURULAN TƏLƏLƏRİ İFŞA EDƏCƏM (VİDEO)

Bəxtiyar Hacıyev “Azercell”i dələduzluqda ittiham edir- MƏHKƏMƏDƏ MÜŞTƏRİLƏRƏ QURULAN TƏLƏLƏRİ İFŞA EDƏCƏM (VİDEO)

Tanınmış blogger Bəxtiyar Hacıyevlə ölkənin ən böyük mobil operatoru olan “Azercell” şirkəti arasında qalmaqal davam edir.

Belə ki, B.Hacıyev Gununsesi.info-ya açıqlamasında bildirib ki, şirkət müştəri tərəfindən aparılan araşdırmaya cavab vermək əvəzinə, onun sosial şəbəkədəki səhifələrini blok edib:

“Azercell” MMC-nin 31 Avropa ölkəsində tariflərini diqqətlə incələdim. Digər istiqamətlərə zənglər 31 ölkədə, 59 tərəfdaşında vahid tarifdə, 1.5 AZN olduğu halda, Belçikadakı ikinci tərəfdaşıyla 18.2 AZN tarif təqdim edilib. Bu 31 ölkədən ən az 10 ölkədə cəmi bir rouminq tərəfdaşı operatorla saziş olduğu halda, hansı zərurət yaranmışdı ki, “Azercell” müştəriləri üçün Belçikada ikinci, digər tariflərdən nə az, nə çox, 12 dəfə yüksək tarif təqdim edən saziş imzalayıb? Cavabında “Azercell” deyir ki, bu normaldır. Müştəri hara gedəcəksə, bununla bağlı biz gərək əvvəlcədən soruşaq ki, doğurdanmı sizdə qiymətlər yenə 1,5 AZN-dir, başqa dəyişiklik yoxdur ki, və sairə. Bununla bağlı şikayət etdim. Dedilər ki, araşdırmışıq, gəlib cavabı götürə bilərsiniz”.

Məsələni araşdırmaq üçün B.Hacıyev şirkətin müştəri xidmətləri ilə əlaqə saxlayaraq, ofislərinə gedib, rəsmi “Facebook” səhifəsində bu haqdda yazıb, lakin bütün cəhdləri nəticəsiz olub. Bundan sonra isə “Facebook” səhifəsində müştərinin hesabı bloklanıb və onun yazmasına qadağa qoyulub. “Belçikada zəng çatmayan nömrəni yığmağıma görə 18 manat çıxmaqlarını unutmuşdum, ancaq çox oxunan və təsirli bir saytda bu barədə material hazırlandığını eşidib, səhər zəng etmişdilər ki, sizin müraciətinizi araşdırdıq-filan. Dedim araşdırma nəticəsini mənə emailə göndərin. Dedilər göndərə bilmərik, gəlin müştəri xidmətlərinə, vəsiqənizi göstərin, sizə versinlər. Gəldim, növbədə məndən öndə 2 nəfər dayansa da, 45 dəqiqədən çox (video şərhdə) gözlədim, içəridə müştərilər etiraz edir, qışqırırdılar. Nəhayət, növbə mənə çatanda, üzümə durdular ki, biz sizə deməmişik gəlin bura, yanlış məlumat verilib sizə. Dedim telefon zəngləri qeydiyyata alınır, dinləyək görək, deyilibmi? Dedilər ərizə yazın, araşdıraq. Mən də ərizə yazmaqdan onsuz da yorulduğuma görə, dedim narahat olmayın, rəhbərliyinizə kiçik bir hədiyyə və ərizə göndərərəm”,- deyə B.Hacıyev qalmaqalın necə bu mərhələyə qədər şişməsinin səbəbini açıqlayır.

Məlum hədiyyədən sonra “Azercell”in Tvitter səhifəsinə heç nə yazmamağına baxmayaraq, onun bu sosial şəbəkədəki hesabına da blok qoyulub. Bununla bağlı “Azercell”in müştəri xidməti ilə əlaqə saxlayan B.Hacıyev bu dəfə daha tədbirli davranaraq, bunu sosial şəbəkədəki hesabından canlı yayıma bağlayaraq qeydə alıb. Ən maraqlı hadisə də bu zaman qeydə alınıb. Belə ki, B.Hacıyev müştəri xidmətinin əməkdaşına “Azercell”in sosial şəbəkələrdəki səhifələrində, xüsusən də Tvitterdə ona niyə blok qoyulması ilə bağlı sual ünvanlayıb. Əməkdaş ona xətdə gözləməyi tövsiyyə edir və yanındakı xanım əməkdaşa mövzunu izah edib kömək istəyir. Xətt açıq olduğu üçün xanım əməkdaşın cavabını həm B.Hacıyev, həm də canlı yayımı izləyən minlərlə insan eşidib. Canlı yayımın davamında B.Hacıyev bu ifadələrə görə izahat istəsə də, əməkdaş suallardan yayınmağa çalışıb: “Müştəri xidmətlərinə getdim, orada isə dedilər ki, biz sənə deməmişik ki, gəlib cavabı götürə bilərsiniz. Səs yazısını dinləmək istədim ki, sizdə müştəri xidmətlərindən edilən zənglər qeydə alınır, gəlin həmin zəngləri dinləyək. Görək doğrudanmı mənə deyilib ki, gəlin cavabı götürün ya yox. Cavab verdilər ki, həmin səsi yalnız özümüz dinləyə bilərik, başqası yox. Faktiki olaraq verdikləri cavabı dandılar. Ondan sonra mən “Azercell” rəhbərliyinə məlum hədiyyəni göndərdim. Bundan sonra “Azercell” başladı faktları təhrif etməyə. Öz saytında əvvəl yazmışdı ki, 60 saniyə tarif intervalı yalnız daxil olan zənglər üçün tətbiq olunur, lakin sonradan dedilər ki, gələn zənglərə aiddir. “Azercell” müştəri xidmətlərində saytı mənə göstərib sübut etməyə çalışırdılar ki, bu haqda saytımızda əvvəlcədən qeyd etmişik. Lakin mən onlara dedim ki, sizdən bir az cəld tərpənmişəm, sizin saytınızın dünən gecə olan ekran görüntüsünü götürmüşəm. Orada belə bir qeyd olmayıb. Eyni zamanda sizin saytınızın internet arxivi var ki, orada da belə bir məlumat yoxdur. Siz hüquqi olaraq özünüzü haqlı çıxarmaq üçün müştəridən üzr istəmək əvəzinə, saytınızdakı məlumatları təhrif etmisiniz ki, guya əvvəlcədən bunları qeyd etmisiniz. Yəni faktiki olaraq şirkətin əməkdaşları saxtakarlıq ediblər. Bütün bunlarla bərabər, eyni zamanda mənim sosial şəbəkədəki, facebook və tvitter səhifəmi blok ediblər. Çünki mən “Facebook”da “Azercell”lə bağlı şikayət yazmışdım ki, “Azercell” son illər 100 minlərlə insanın iradə ifadəsi olmadan onları müxtəlif xidmətlərə qoşur, gündəlik olaraq balansındam pul çıxır. Bildirmişdim ki, bu dələduzluqdur. Baxmayaraq ki, mənim şikayətimdə qeyri-etik ifadələr yox idi, sosial şəbəkədə Azercellsəhifəsində blok ediblər. Nədənsə və necəsə idenfikasiya ediblər ki, mənim tvitterdə də başqa bir hesabım var, orada heç nə yazmadığım halda bu hesabımı da blok ediblər. Yəni bu texniki və hüquqi olaraq mümkün deyil ki, bir nəfərin iki fərqli sosial şəbəkədə hesabının bir nəfərə aid olmasını, məhz mənim tərəfimdən idarə olunduğunu müəyyənləşdirib, onu blok etsinlər. Bununla da bağlı müraciət edəndə “Azercell” müştəri xidmətlərinin dediklərini sübut etmək mümkün olmur deyə, mən “Facebook” səhifəmdə canlı yayım etdim. Həmin canlı yayımda onlar mikrofonu söndürməyi unutmuşdular və arxa fonda müştəri xidmətlərinin əməkdaşları müştəri haqqında nalayiq sözlər və ifadələr işlədirdilər. Bu da onu göstərir ki, Azercell öz müştərilərinə nə qədər aşağı baxır, aşağılayır və nalayiq ifadələrlə münasibət göstərir”.

B.Hacıyev bildirib ki, hazırda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edib: “Bu həftə isə məhkəməyə bütün sənədlər təqdim olunacaq və eyni zamanda, hüquqi mübahisələndirməklə yanaşı, sosial şəbəkələrdə “Azercell” başda olmaqla, mobil rabitə operatorlarından narazılığın ifadə olunması, mobil rabitə operatorlarının müştərilərə qarşı qurduqları tələlərin ifşa olunması və qarşısının alınması istiqamətində də kampaniyalara başlamağı düşünürəm”.

Qeyd edək ki, “Azercell Telekom” MMC B.Hacıyevin şikayəti ilə bağlı rəsmi mövqe bildirib: “Abunəçi Bəxtiyar Hacıyevin şikayəti ilə əlaqədar bildiririk ki, qeyd edilən nömrə ilə əlaqədar aparılmış əməliyyatlarda, həmçinin zənglərin müddətləri və digər xidmətlərdən istifadəyə əsasən dəyərin hesablanmasında “Azercell Telekom” MMC tərəfindən hər hansı səhvə və ya qüsura yol verilməmişdir”.

Şirkət xatırladır ki, abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin şərtlərinə əsasən zənglərin müddətləri hesablanarkən cavab siqnalı və zəngi qəbul edən nömrədə göstərilən xidmətlərdən (faks, nömrəni avtomatik müəyyən edən cihazlar, Abunəçi olmadıqda onu əvəz edən və məlumatın ötürülməsini təmin edən qurğular, avtomatik cavab qurğusu ilə təchiz edilmiş avadanlıqlar, məlumatı ötürən aparatlar və ya xidmətlər-modem, sms ismarışları mərkəzi, wap-poçt, səsli poçt terminalı və s.) asılı olaraq, rabitə əlaqəsi yaranmış hesab ediləcək və müvafiq xidmət haqqı hesablanmağa başlayacaqdır: “Hazırda qüvvədə olan tariflərə əsasən rominq xidməti çərçivəsində Belçikanın “Proximus” (Belgacom) operatorunun şəbəkəsində ölkədaxili istiqamətlərə zəng 4,2 manat, Azərbaycan istiqamətində zəng 17,90 manat, digər istiqamətlərdə zəng isə 18,2 manat (hesablama intervalı 60 saniyə təşkil edir) xidmət haqqı hesablanır. “Azercell Telekom” MMC telekommunikasiya xidmətlərini həyata keçirməklə, müqavilə şərtlərinə uyğun olaraq abunəçiyə nömrəni istifadəyə verir, rabitə xəttini açaraq ona xidmət göstərir, xidmət sonlandırılır və bu xidmətin müqabilində xidmət haqqı hesablayır.

“Azercell Telekom” MMC tərəfindən təqdim edilən telekommunikasiya xidmətlərindən istifadə zamanı, istifadə müəyyən həcmə çatdıqda abunəçiyə xəbərdarlıq ediləcəyinə dair, həmçinin rominq xidmətindən istifadə zamanı müvafiq ölkədə fəaliyyət göstərən operatorlarda mövcud tariflərə dair abunəçi müraciəti olmadıqda məlumat veriləcəyi öhdəlik götürülməmişdir”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …