Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Bəşər Əsəd qardaşını həbs etdirib – Rusiyanın tələbindən sonra

Bəşər Əsəd qardaşını həbs etdirib – Rusiyanın tələbindən sonra

Artıq dünən xəbər verildiyi kimi, Suriyanın ən zəngin insanı və ölkə prezidenti Başar Əsədin əmisi oğlu Rami Maxluf həbs edilib.Virtualaz.org İngiltərənin “The Times” qəzetinə istinadən bildirir ki, onun əmlakı vətəndaş müharibəsi zamanı Rusiyaya olan borcunu ödəmək üçün müsadirə edilib.

Rəsmi olaraq, vəsait antikorrupsiya kampaniyası çərçivəsində ələ keçirilib. Bu, Maxlufun 22 yaşlı oğlu Məhəmmədin Instagram-da bahalı həyat tərzini əks etdirən fotoları paylaşmaqla diqqəti ailəsinin üzərinə cəlb etməsindən sonra olub.

Qəzet bildirir ki, qardaşının (Bəşər Əsədin – red.) hakimiyyətə gəlməsindən sonra özünün biznes imperiyasını quran Maxluf üç oğlu, o cümlədən Məhəmmədlə birlikdə ev dustağı edilib.

Başqa bir məlumata görə, Bəşər Əsəd Maxlufun həbsinə Rusiya Prezidenti Vladimir Putinin Suriyanın aldığı 3 milyard dolları qaytarmağı tələb etməsindən sonra məcburi olaraq razılıq verib.

Məşhur Panama sənədlərinə görə, 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlamazdan öncə Rami Maxlufun varidatı 5 milyard dollardan çox olub.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …