Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Bərdəyə raket atəşi nəticəsində yaralananların vəziyyəti ağırdır

Bərdəyə raket atəşi nəticəsində yaralananların vəziyyəti ağırdır

Bu gün günorta saatlarında Bərdə rayonuna atılan raket atəşi nəticəsində xeyli sayda mülki vətəndaşımız xəsarət alıb. Bizim xəstəxanaya 26 yaralı daxil olub. Bunların 19-u kişi, 7-si qadındır. 
Bunu Yevlax Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov deyib. Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən xəstələrin bir çoxunun vəziyyəti ağırdır: 
“Onlar reanimasiyadadırlar. Sizin gördükləriniz sadəcə danışa bilən, yüngül xəsarətlər alan şəxslərdir”. Xəstəxana direktoru əlavə edib ki, erməni quldurları birinci dəfə deyil ki, Azərbaycanın mülki əhalisini hədəfə alır: 
“Bu hadisə ermənilərin azərbaycanlılara qarşı növbəti təcavüzünün bariz nümunəsidir”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …