Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / Bərdədə ölənlərin sayı 14-ə çatdı, 40-dan çox yaralı var

Bərdədə ölənlərin sayı 14-ə çatdı, 40-dan çox yaralı var

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan ordusunun Bərdə şəhərini raket atəşinə tutması ilə bağlı yeni məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilməsi nəticəsində 14 mülki şəxs həlak olub, 40-dan çox şəxs xəsarət alıb. Şəhərdə mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …