Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Bərdədə gecə yanğını: Alov ticarət obyektlərini məhv etdi

Bərdədə gecə yanğını: Alov ticarət obyektlərini məhv etdi

Bərdə rayonunun mərkəzində yerləşən ticarət obyektlərindən birində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, yanğın rayonun Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. İlkin məlumata əsasən, rayon mərkəzində bir-birinə bitişik mağazalar yanıb. 

İlkin məlumata görə, ümumi sahəsi 2000 m² olan, bir dam altında bir-birinə bitişik tikilən, müxtəlif təyinatlı obyektlərin (qalayçı sexi və mebel mağazaları) yanar konstruksiyaları 590 m² sahədə yanıb.

Tikililərin qalan hissəsi və yaxınlıqdakı məktəb binası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …