Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Bərdə və Bakıda atılan uşaqlarla bağlı – Rəsmi açıqlama

Bərdə və Bakıda atılan uşaqlarla bağlı – Rəsmi açıqlama

“Bərdədə ana tərəfindən küçəyə atılan uşaqların müvəqqəti olaraq uşaq evinə verilməsini istəyirik”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib. O bildirib ki, məsələ Komitənin nəzarətindədir.

“Biz Bərdə rayon İcra Hakimiyyəti nəzdindəki monitorinq komissiyasına da müraciət etmişik. Komitə olaraq mövqeyimiz belədir ki, məsuliyyətsiz anaya uşaqlar qaytarılmasın. Müvəqqəti olaraq uşaqlar dövlət müəssisəsində saxlanılmalıdır. Qadınla iş aparılandan sonra qaytarılmalıdır. Məsələ diqqətimizdədir”.

A.Sofiyeva Bakıda daha iki uşağın küçəyı atılması məsələsinə də diqqət çəkib. “Uşağı dünyaya gətirmək və onu küçəyə atmaq cinayətdir. Cəmiyyət olduqca belə hadisələr baş verəcək. Bu, valideyn məsuliyyətsizliyidir. Hər bir belə faktla komitə maraqlanır. Bizim tərəfimizdən lazımi tədbirlər görülür və hüquq-mühafizə orqanlarına müraciət olunur”.


 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …