Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / “Bələdiyyə sədrləri dönüş yaratmalıdırlar”

“Bələdiyyə sədrləri dönüş yaratmalıdırlar”

Acınacaqlı hallardan biri də odur ki, bəzi bələdiyyələr gəlir və xərcləri ilə bağlı məlumatları BAMS proqramında yerləşdirmirlər və ya Milli Assosiasiyaların müdaxiləsindən sonra bunu edirlər. Həmin proqram bələdiyyələrin gündəlik işi olduğu halda məlumatların yerləşdirilməməsinin, vergi ödəyicilərinin qeydə alınmamasının səbəbini necə izah etmək olar? İllərlə yığılıb qalmış vergi borclarının ödənilməsini təmin etmək üçün niyə qanvericiliyin yaratdığı imkanlardan tam istifadə edilmir?

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezidenti Administrasiyasının Ərazi-təşkilat şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov mayın 16-da Abşeron rayonu Xırdalan şəhərində keçirilmiş Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağinda söyləyib.

Bildirib ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı qəbul edilmiş yeni qanunların, mövcud qanunlarda edilmiş əlavə və dəyişikliklərin bələdiyyələrdə tətbiqi ciddi şəkildə təmin olunmalıdır. Ona görə də qanunun aliliyini, yeniliyi, şəffaflığı, sakinlər qarşısında hesabatlılığı təmin etməyən bələdiyyə sədrlərinin fəaliyyəti ilk növbədə seçicilərini və müvafiq dövlət orqanlarını narahat etməyə bilməz.

O, Azərbaycanda bələdiyyələrin fəaliyyəti zamanı yaranan problemlərin həlli və gələcək inkişafı üçün lazımi tədbirlərin görülməsi aidiyyəti dövlət orqanlarının daim diqqət mərkəzində olduğunu deyərək, vergi və ödənişlərin toplanması, gəlir və xərclər sahəsində şəffaflığın təmin olunması məqsədi ilə Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramı hazırlandığı və artıq bir ildən çox bələdiyyələrdə tətbiq edildiyini bildirib.

Proqramın tətbiqi bələdiyyələrin vergi və maliyyə sahəsindəki fəaliyyətini xeyli dərəcədə təkmilləşdirib, yerli vergi ödəyicilərinin elektron məlumat bazası əsasında dəqiq uçotunun aparılması mümkün edib.

Bələdiyyələrin normal fəaliyyətinin təmin edilməsi üçün dövlət hakimiyyət orqanları bələdiyyələrin inkişafı üçün zəruri tədbirləri davamlı olaraq həyata keçirdiyini diqqətə çatdıran Emin Eyvazov 2017-ci ildə ölkə bələdiyyələrin ümumi büdcə gəlirləri, 2016-cı ilə nisbətən 14,1 faiz artaraq 36.079.400 manat təşkil edib. Proqrama qoyulmuş 141 qəsəbə bələdiyyəsinin illik büdcə gəlirləri ötən dövrlə müqayisədə 3.6 faiz artaraq 7.716.047 manat olub ki, bu da ölkə üzrə illik büdcə gəlirlərinin 21.4 faizini təşkil edir.

Ümumilikdə respublikanın 54 şəhər və rayon bələdiyyələri üzrə yerli büdcə gəlirlərində artım baş verib. Daha çox artım qəsəbə və kənd bələdiyyələrinin payına düşür.

Emin Eyvazov bələdiyyələrin  yerli vergi  və ödənişlərdən başqa  digər maliyyə mənbələrinin yaradılması istiqamətində heç bir səy göstərmədiklərinə ciddi iradını bildirərək qeyd edib ki, 3 bələdiyyə istisna olmaqla ölkə bələdiyyələrinin heç birində əlavə gəlir gətirə bilən istehsal, xidmət və ya hər hansı digər fəaliyyətlə məşğul olan bələdiyyə müəssisəsi yaradılmayıb.

“Bu istiqamətdə bələdiyyə sədrləri ciddi düşünməli və fəaliyyətlərində dönüş yaratmalıdırlar”, – deyə E. Eyvazov vurğulayıb.

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …