Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Bəhram Bağırzadə Mehriban Əliyeva ilə görüşdü

Bəhram Bağırzadə Mehriban Əliyeva ilə görüşdü

Aktyor və rejissor Bəhram Bağırzadə prezidentlə görüşdə Hacı Zeynalabdin Tağıyevə Bakıda heykəl ucaldılması haqda müraciəti ilə əlaqədar olaraq bu gün Heydər Əliyev Fondunda olub.

O, Azərbaycanın birinci viste-prezidenti Mehriban Əliyeva ilə görüşüb və irəli sürdüyü təklifin müzakirəsi baş tutub: “Bir qədər əvvəl ölkənin birinci xanımı və birinci viste-prezidenti Mehriban Əliyeva ilə görüşdük. Məsələ çox tez həll olundu. Heydər Əliyev Fondunda qəbulda oldum və məni dinlədilər. Artıq təklifin həyata keçirilməsi üçün iş başlayıb.

Hacı Zeynalabdin Tağıyevin heykəli üçün beş ərazi seçilib və Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edilib. Heykəlin hansı ərazidə ucaldılacağı hələ bəlli deyil, çünki komissiyadan hələ keçməyib. Həmçinin heykəltəraşlar arasında müsabiqə elan olunacaq.

Bu anı çoxdan gözləyirdim. Demək ki, hər bir işin öz vaxtı var, Allah məhz bu günlərdə istədi ki, bu məsələ reallaşsın.

Görüş çox səmimi keçdi və bir çox aktual mövzular müzakirə edildi. Cənab prezident bildirdi ki, belə görüşlər davamlı olacaq. Nəinki mədəniyyət və incəsənət insanları, onun gələcəkdə alimlər, memarlar və sair sənət adamları ilə də görüşü olacaq”.

Publika.az

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …