Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Aktual / “Bəzi vətəndaşlara uçuş növbəsi 3-4 ay sonra çata bilər”

“Bəzi vətəndaşlara uçuş növbəsi 3-4 ay sonra çata bilər”

“Naxçıvana reyslərin sayı artırılmasa, bəzi vətəndaşlarımıza uçuş növbəsi 3-4 aydan sonra çatacaq”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkədə paylaşım edib. Qeyd edib ki, ölkəmizdə daxili uçuşlardan paytaxtla Naxçıvan arasındakı hava əlaqəsi bərpa olunsa da, reyslərin az olması səbəbindən bu imkandan istifadə edənlərin sayı hələ də məhduddur: 

“Belə ki, Bakıdan Naxçıvana uçuşlar həftədə 1 gün və ya 4 dəfə həyata keçirilir. Hər uçuş zamanı 100, həftə ərzində maksimum 400, ayda isə 1600 vətəndaşımız paytaxtdan Naxçıvana təyyarə ilə gedə bilir. Bizə olan müraciətlər göstərir ki, hazırda hər iki istiqamət üzrə getmək istəyənlərin sayı kifayət qədər çoxdur. İlkin qiymətləndirmələrə görə, ilk sərt karantin tətbiq olunduqdan sonra Bakıda qalan 6 mindən çox vətəndaşımız Naxçıvana getmək barədə müraciət edib”. 

Millət vəkilinin sözlərinə görə, ayda ən çox 1600 sərnişinin bu uçuş xətlərindən istifadə etməsinin mümkünlüyünü nəzərə aldıqda indi Bakıdan Naxçıvana getmək istəyən vətəndaşımızın bir qismi oktyabr və hətta noyabr ayı üçün yer sifariş etdirmək məcburiyyətində qalıblar: 

“AZAL-ın təyyarə parkının imkanlarını nəzərə aldıqda uçuşların sayının və günlərinin ən azı 2 dəfə artırılması məqsədəuyğun olardı. Təyyarə ilə uçmaq istəyən vətəndaşlar koronavirusa yoluxmamaq haqqında arayış tələbinə və eləcə də getdikləri yerdə bəlli müddətdə özünütəcridə əməl etmək şərti ilə uçuşlardan istifadə edə bilərlər. Bu, bir tərəfdən virusun yayılmasının qarşını alacaq, digər tərəfdən isə Bakı ilə Naxçıvan arasındakı hava nəqliyyatının mərhələli şəkildə tam bərpasına imkan yaradacaq”.

Həmçinin oxuyun

“Belə atəşfəşanlıqla küçəyə çıxmaq, hay-küy yaratmaq təhlükəlidir”

Azərbaycan 27 il erməni işğalında olan torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatına başlayandan ölkədə hərbi …