Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Aktual / BƏZİ İŞ ADAMLARININ “XİLAS” PLANI  –  OBYEKTLƏR SATILIR, ŞƏRİKLİKDƏN İMTİNA EDİLİR…

BƏZİ İŞ ADAMLARININ “XİLAS” PLANI  –  OBYEKTLƏR SATILIR, ŞƏRİKLİKDƏN İMTİNA EDİLİR…

Parlament seçkilərilə ərəfəsində geniş maliyyə imkanlarına malik olan bəzi şəxslərin strateji hədəfə hesablanan davranışları ilə bağlı Azinforum.az bəzi məlumatlar əldə edib. Beynəlxalq Bank ətrafında yaranan kredit qalmaqalından sonra, bəlli oldu ki, bizim ölkədəki imkanlı adamların çoxu ipdən asılı vəziyyətdədir. Sən demə, onların əksəriyyətinin varlanmasının kökündə dövlətin vəsaitini kredit şəklində götürərək, sonradan həmin pulları müxtəlif üsullarla mənimsəmək dururmuş. Hazırda onların bir çoxu barəsində cinayət işi qaldırılıb. Bəziləri isə mənimsənilən vəsaitin qaytarılacağına dair verdikləri öhdəliyin müqabilində müvəqqəti azadlıqdadırlar.

Get-gedə halqanın daraldığını görən bəzi “ağıllı” iş adamları isə çıxış yolunu mandat əldə etməkdə görür.  Belələrinin qənaətlərinə görə, bu parlament seçkilərində qazanacaqları mandat  onları 5 il müddətinə cinayət məsuliyyətinə cəlb etmədən sığortalaya bilər.

pul

 Azinforum.az kifayət qədər qaranlıq işlərə malik olan və deputat olmaq sevdası ilə alışıb-yanan həmin şəxslərin bəziləri barəsində maraqlı məlumatlar əldə edib. Bu kateqoriyaya aid edilən şəxslərdən bəziləri Bakı şəhərində olan əksər böyük obyektlərini öz adlarından çıxarıblar.  Onlar payçı olduqları bəzi obyektlərdəki müəyyən razılıq məbləğini almaq şərtilə  şəriklikdən imtinaya razı olduqlarını da bəyan  ediblər. Hazırda həmin şəxslərdən birinin şəriklikdən imtina ilə bağlı  işi sürətlə gedir. 

Bəllidir ki, bütün bunlar MSK-ya təqdim ediləcək sənədlərdəki “şəffaflığı” təmin etmək üçün edilir. Qeyd edək ki, hazırda bir neçə nəfər ətrafında anoloji proses cərəyan edir. Bir daha xatırladırıq ki, qeyd etdiyimiz şəxslərin deputat olmaq istəyi heç də xalqa xidmət arzusundan irəli gəlmir. Onların hədəfi taladıqları vəsaitləri və obyektləri, eyni zamanda, öz canlarını xilas etməkdir.

Azinforum.az-a bildirilib ki, şübhəli maliyyə əməliyyatlarında adı hallanan həmin adamların  deputat seçilmək istəyi alınmayacağı təqdirdə, onlar özləri üçün ehtiyat variantı da nəzərə alıblar. Bu da ölkəni tərk edərək, xaricdə bizneslə məşğul olmaqdır.

Bəzi araşdırmaları apardıqdan sonra mövzu ilə bağlı daha ətraflı və konkret məlumat verəcəyik.

Rövşən ƏLİ,

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Azərbaycanda toylara qoyulan qadağa bu tarixə qədər uzadıla bilər – AÇIQLAMA

Azərbaycanda bir ilə yaxındır ki, koronavirus pandemiyasına görə toyların keçirilməsinə qadağa qoyulub. Artıq gündəlik yoluxanların …

Bir cavab yazın