Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Aktual / Bəzi bələdiyyələrdə çox ciddi qanun pozuntuları aşkarlanıb – SİYAHI

Bəzi bələdiyyələrdə çox ciddi qanun pozuntuları aşkarlanıb – SİYAHI

Ötən Ədliyyə Nazirliyinin yanında Bələdiyyələrlə iş mərkəzinə 65 minə yaxın bələdiyyə aktı daxil olub. Hər bir bələdiyyə aktı hüquqi ekstertizadan keçirilib, 1 979 aktın dəyişidirilməsi və ləğv edilməsi üçün bələdiyyələrə təkliflər verilib. Qanunvericiliyə uyğun olmadığı üçün 741 akt ləğv edilib, 714-ü isə dəyişdirilib.

“Report”un xəbərinə görə, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov nazirlik yanında Bələdiyyələrlə iş mərkəzinin-bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini açıqlayarkən deyib.

O bildirib ki, 2017-ci ildə 2 636 hektar torpaq sahəsinin qanunsuz istifadəyə verilməsi faktları aşkar olunub: “Həmin torpaq sahələrinin bələdiyyələrə qaytarılması istiqamətində iş aparılıb. Ötən il torpaq qanunvericiliyinin pozulması halları əvvəlki ilə nisbətən 3 dəfədən artıq azalıb”.

Nazir müavini qeyd edib ki, bəzi bələdiyyələrin fəaliyyətində çox ciddi qanun pozuntuları da müəyyən olunub: “24 belə fakt olub, həmin faktlara hüquqi qiymət verilməsi üçün prokurorluğa və müvafiq hüquq mühafizə orqanlarına göndərilib. Belə ciddi faktlar Tərtər rayonunun Ərkipara, Şəmkir rayonunun Yeni Həyat bələdiyyəsində, Ağstafa rayonunun Köçəsəsgər, Masallı rayonunun Qarğalıq, Bərdə rayonunun Qaradağlı, Zərdab rayonununda vəbaşqa bələdiyyəsində aşkar edilib. Bu faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılıb və 15 fakt üzrə cinayət işi başlanılıb”.

V.Zahirov deyib ki, ötən il bələdiyyələrlə bağlı 3 halda məhkəmələrə müraciət olunub: “Bu da 2016-cı illə müqayisədə 7 dəfə azdır”.

Həmçinin oxuyun

İran Ermənistanın PUA-sını vurdu

İran öz dövlət sərhədlərini pozan Ermənistana məxsus pilotsuz uçuş aparatını (PUA) vurub. Bildirilir ki, səhər …