Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Aktual / BƏYLƏR ƏYYUBOV YENİ VƏZİFƏYƏ TƏYİNAT ALDI – Prezident fərman imzalayıb

BƏYLƏR ƏYYUBOV YENİ VƏZİFƏYƏ TƏYİNAT ALDI – Prezident fərman imzalayıb

Bu gün prezident İlham Əliyev “Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Sənədə əsasən Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib.

Daha sonra sənəddə deyilir ki, ləğv edilmiş Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin əsasında aşağıdakı dövlət orqanları yaradılır:

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti;

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.

Prezidentin digər sərəncamı ilə general Bəylər Əyyubov XDMX-nin bazasında yeni yaradılan strukturun-Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.

Bəylər Əyyubov indiyədək prezidentin şəxsi mühafizə xidmətinin rəisi idi.

Həmçinin oxuyun

Ordumuza hörmətsizlik edən “AZGRANATA” ya SƏRT ETİRAZ

Əsgər adı şərəfdir, ucadır, həm də bizim üçün ləyaqət rəmzidir. 44 günlük Vətən müharibəsində də …