Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Aktual / Bəylə gəlinin toy günü vaksin olunması tənqid edildi

Bəylə gəlinin toy günü vaksin olunması tənqid edildi

Dünən Zərdabda vaksin olunmayan bəylə gəlinin polis tərəfindən toya buraxılmaması və hər ikisinin qonşu kəndə gedərək peyvənd vurdurduqdan sonra toya icazə verilməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub və daha çox tənqid olunub.

“Qafqazinfo” xəbər verir ki, həkim-pediatr Aytən İsmayılzadə bildirib ki, bəylə gəlinin yoxlamaya cəlb edilməsi düzgün deyil: “Məlumdur ki, pandemiya vaxtı toysuz ailə həyatı quranlar olub və onlar indi toy məclisi edir. Amma onları gəlib toy günü peyvəndləmək nə dərəcə doğrudur? Hər kəs bilir ki, peyvənddən ən azı allergik reaksiya, ən çoxu anafilaktik şok ola bilər. Və bunu toy günü yaşamaq lazımdırmı?

Gəlin hamilə də olmuş ola bilər. Bütün antikovid peyvəndlərin təlimatında hamiləlik dövrü əks göstərişdir. Yəni bu təcrübə yoxdur. Və peyvənddən sonra ilk üç ay hamiləlik planlanmasın deyilir. Bütün bunlar nəzərə alınırmı? Ümumiyyətlə, bəy gəlindən başlamaq fikri kimin ağlına gəlib?”

DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yaşı 18-ə çatan hər kəs vaksinasiya olunduğu halda toylarda iştirak edə bilər:

“Nazirlər Kabinetinin qərarına əsasən 50 nəfərdən 150 nəfərə qədər qonağın iştirak etdiyi toy şənliklərində yaşı 18-ə çatıb vaksinasiya pasportu olan hər kəs ara məsafəsini qoruduğu halda iştirak edə bilər. Bu zaman problem yaranmır. Burada hansısa istisna yoxdur, əgər həmin şəxs toy şənliyinin iştirakçısıdırsa, mərasim keçirilən zala daxil olursa, mütləq qaydada COVİD 19-a qarşı vaksin olunmalıdır. Burada bəy və gəlinə xüsusi yanaşma yoxdur, qanunun tələbi belədir”.

Həmçinin oxuyun

Allahşükür Paşazadə niyə susur?

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşülür Paşazadə bildirmişdi ki, Xamneyinin fətvası Qarabağın azad olunmasının əsas carçısı …