Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Aktual / Bəxtiyar Hacıyevin dairəsi ilə bağlı qərar – 6 məntəqə ləğv edildi

Bəxtiyar Hacıyevin dairəsi ilə bağlı qərar – 6 məntəqə ləğv edildi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 29 saylı Səbail seçki dairəsindən namizəd Bəxtiyar Hacıyevin şikayətinə baxılıb.

“Qafqazinfo” xəbər verir ki, namizədin ərizəsi barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

B. Hacıyev bildirib ki, həmin dairədə nəticələr ləğv edilsin.

R. İbrahimov bildirib ki, şikayətçi səsvermə günü 22 məntəqə üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini tələb edib. O, ərizəyə 1 ədəd elektron daşıyıcı təqdim edib. 

Araşdırma nəticəsində qərara alınıb ki, 29 saylı dairə üzrə 1,5,9,11,17,25  saylı məntəqələrin nəticələri etibarsız hesab edilsin. MSK qərarı təsdiqləyib.

B. Hacıyev çıxışında bildirib ki, bu dairədə bütün yerli və beynəlxalq ictimaiyyətin gözü var: “Ona görə bu dairə yaxşı araşdırılmalıdır. Səslər digər namizədin xeyrinə çox yazılıb.  Möhürlü-imzalı protokolda olan səslərlə açıqlanan səslər arasında fərq var”.

MSK sədri namizədə bildirib ki, 23-cü məntəqədən narahat olmasın, onu araşdıracağıq.

Qeyd edək ki, sözügedən dairənin lider namizədi Nigar Arpadaraidir.

Həmçinin oxuyun

Təbriz Musayev: “Belə fikirləri ortaya atanlar təxribatla məşğuldur”

Sosial şəbəkədə Mirfaiq Mirheydərli adlı şəxs yazır ki, PKK ilə işləmək üçün kürd əsilli vətəndaşlarımızın …