Çərşənbə , Fevral 28 2024
Ana səhifə / Aktual / “Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırmayıb” – Vəkil

“Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırmayıb” – Vəkil

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırmayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb. O, bu gün səhər müvəkkili ilə təcridxanada görüşdüyünü qeyd edib:

“Bəxtiyar Hacıyevlə görüşdüm, özü qəti olaraq aclıq aksiyasının dayandırılması xəbərlərini təkzib etdi. Dedi ki, mətbuatda gedən informasiyalar reallığı əks etdirmir. Təəssüf ki, bu gün də aclığı dayandırma yönündə onu qane edə bilmədim”.

Xatırladaq ki, ötən gün saytımıza Bəxtiyar Hacıyevin aclıq aksiyasını dayandırması ilə bağlı məlumat daxil olmuş və həmin informasiya Penitensiar Xidmət tərəfindən təsdiqlənmişdi.

Həmçinin oxuyun

Gəncənin icra başçısı oğluna 6 bahalı maşın alıb – Araşdırma/Video

Gəncənin icra başçısı Niyazi Bayramovun oğlu Bəhram Bayramov bahalı avtomobilini ictimaiyyətdən gizlətmək üçün dövlət nömrə …