Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Aktual / Bəs Azərbaycanlılar Xankəndinə QAYITMAYACAQMI? – Rusiya hərbçiləri daha 475 ermənini qaytardı

Bəs Azərbaycanlılar Xankəndinə QAYITMAYACAQMI? – Rusiya hərbçiləri daha 475 ermənini qaytardı

Rusiya sülhməramlıları Xankəndi şəhər sakini olduğu iddia edilən daha 475 erməninin bu Azərbaycan şəhərinə qaytarılmasını təmin edib.

Moderator.az xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“19 avtobusdan ibarət konvoyla 475 nəfər Stepanakertə qayıdıb. Konvoy Rusiya sülhməramlı kontingentinin və hərbi polis patrullarının müşayiəti ilə İrəvan – Stepanakert marşrutu ilə irəliləyərək Stepanakertin əsas meydanına gəldi. Rus hərbçiləri təmas xəttindən avtobusların təhlükəsiz keçməsini təmin ediblər”- məlumatda belə deyilir.

Xatırladaq ki, bundan öncə şənbə günü – noyabrın 14-də sülhməramlılar tərəfindən Xankəndinə 250 erməninin olduğu ilk 9 avtobus müşayiət olunub.

Təkrar xatırlatma:

Göründüyü kimi, Rusiya Müdafiə Nazirliyi və Rusiya mediası yenə də Azərbaycan Respublikasının hüquqi-tarixi şəhəri olan və 1991-ci ildə adı rəsmən dəyişdirilən Xankəndini rəsmi məlumatlarda qaniçən terrorçu Stepan Şaumyanın adıyla “Stepanakert” kimi təqdim edir. Son günlər Rusiya mediasında digər toponimlərimizlə bağlı da eyni vəziyyətə dəfələrlə rast gəlinir. Bu, ciddi məsələdir. Bunu rəsmən onlara anlatmaq gərəkdir…

P.S. Onu da xatırladaq ki, 10 noyabr anlaşmasına əsasən azərbaycanlılar da 1988-1994-cü illərdə erməni silahlı birləşmələri tərəfindən qovulduqları şəhər, qəsəbə və kəndlərə qaytarılmalıdır…

Həmçinin oxuyun

Erməni ordusunun sonuncu kalonu da Kəlbəcərdən getdi – VİDEO

Ermənilərin Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonundan olan köçü yekunlaşıb. Bu gün Ermənistan ordusunun sonuncu kalonu …