Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / Aktual / Bərdədə gecə yanğını: Alov ticarət obyektlərini məhv etdi

Bərdədə gecə yanğını: Alov ticarət obyektlərini məhv etdi

Bərdə rayonunun mərkəzində yerləşən ticarət obyektlərindən birində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, yanğın rayonun Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. İlkin məlumata əsasən, rayon mərkəzində bir-birinə bitişik mağazalar yanıb. 

İlkin məlumata görə, ümumi sahəsi 2000 m² olan, bir dam altında bir-birinə bitişik tikilən, müxtəlif təyinatlı obyektlərin (qalayçı sexi və mebel mağazaları) yanar konstruksiyaları 590 m² sahədə yanıb.

Tikililərin qalan hissəsi və yaxınlıqdakı məktəb binası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Həmçinin oxuyun

Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub

Avqustun 19-da Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış …