Ana səhifə / Aktual / Bərdə rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunan 28 yaşlı qadın ölüb

Bərdə rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunan 28 yaşlı qadın ölüb

Sentyabrın 23-ü saat 17 radələrində Bərdə rayonu, Mustafağalı kənd sakini Ayşən Həsənovanın Bərdə rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bərdə Rayon Prokurorluğundan Mia.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla müəyyən edilmişdir ki, 1992-ci il təvəllüdlü Ayşən Həsənova qeyd edilən tarixdə yumurtalığın boğulmuş kistası diaqnozu ilə daxil olduğu Bərdə Rayon Mərkəzi Xəstəxanasında kistanın çıxarılması cərrahi əməliyyatı olunduqdan sonra ölüb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

Təbriz Musayev: “Belə fikirləri ortaya atanlar təxribatla məşğuldur”

Sosial şəbəkədə Mirfaiq Mirheydərli adlı şəxs yazır ki, PKK ilə işləmək üçün kürd əsilli vətəndaşlarımızın …