Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / BƏNZƏRSİZ İFASI İLƏ AVROPANI FƏTH EDƏN GƏNC VİRTUOZ HANSI TANINMIŞIN OĞLUDUR? – FOTO

BƏNZƏRSİZ İFASI İLƏ AVROPANI FƏTH EDƏN GƏNC VİRTUOZ HANSI TANINMIŞIN OĞLUDUR? – FOTO

Azinforum.az xəbər verir ki, 22 iyul – 28 avqust tarixlərində Hollandiyanın Bergen, Alkmar, Teksel, Sxagen və digər 13 şəhərində keçirilən 27-ci “The İnternational Holland Music Holland Music Sessions” festivalı çərçivəsində Azərbaycanın tanınmış gənc pianoçusu  Toğrul Hüseynli 4 solo konsert proqramı ilə çıxış edib.
Toğrul Hüseynli bu möhtəşəm festivalın açılış konsertində solo proqramla çıxış edərək anşlaqla müşayiət olunan konsertdə böyük uğur qazanıb. Bundan əlavə, Toğrul Hüseynlinin Bergen şəhərindəki “Ruinekerk” kilsəsində verdiyi konsert tamaşaçıların ayaqüstə alqış sədaları altında və dəfələrlə bis çağırışları ilə yekunlaşıb.
Digər 3 konserti də, Hollandiyanın aparıcı konsert salonlarından sayılan Sxagen qəsrində, Den Horn, Hervormde kilsələrində keçirilmişdir. Azərbaycanlı pianoçu bu konsertlərini çox böyük uğurla yekunlaşdıraraq Hollandiya tamaşaçısı qarşısında möhtəşəm təəssürat yaratmasına səbəb olub. Toğrul Hüseynli bu konsertlərdə V.A.Motsartın, F.Şubertin, R.Şumanın, S.Prokofyevin iri həcmli əsərlərini səsləndirib.
Toğrul Hüseynli öz təəssüratlarında qeyd edir : “Bu festivala dəvət almağım mənim hazırki karyeramda bir pillə də yüksəlməyimin nəticəsidir. Son illər ərzində Almaniyada qazandığım uğurlar və əldə etdiyim müsabiqə qələbələri mənim professional konsert ifaçısı kimi bu cür möhtəşəm musiqi tədbirlərinə dəvət almağıma səbəb olub”.

 

t1

 

Azinforum.az  bildirir ki,  İspaniyanın Ferrol şəhərində keçirilən Pianoçuların “XXIX Concurso İnternacional de Piano Cidade de Ferrol” adlı beynəlxalq müsabiqəsindəki böyük uğurundan sonra, Toğrul Hüseynli 2015-ci ilin dekabr ayında Almaniyanın Axen şəhərində keçirilən Ali Məktəblər arası Respublika müsabiqəsində I dərəcəli mükafata layiq görülmüşdür. Münsiflər heyəti onun çıxışını çox yüksək qiymətləndirmiş, Almaniya mətbuatı bu uğuru geniş işıqlandırmışdır.

2016-cı ilin yanvar ayında Almaniyanın Köln şəhərində keçirilən Ali Məktəblər arası Respublika müsabiqəsində laureat adını qazanaraq, müsabiqənin şərtlərinə əsasən Almaniyanın müxtəlif şəhərlərində solo konsert vermək təklifi almış və bu konsertləri böyük uğurla tamaşaçılara təqdim

edib.

t2

 

22.05.2016-cı il tarixində Məşhur piano şirkəti olan “Steinway”in təşkil etdiyi beynəlxalq müsabiqədə Togrul Hüseynli rəqiblərini arxada qoyaraq I dərəcəli – Steinway mükafatına layiq görüldü. Onu da qeyd edək ki, Toğrul Hüseynli bu müsabiqəyə Köln şəhərində keçirilən Ali Məktəblər arası Respublika müsabiqəsində laureat adını qazandığı üçün qatılma hüququ əldə etmişdir. Çünki, Steinway müsabiqəsinə Almaniyanın Köln şəhərində keçirilən Ali Məktəblər arası Respublika müsabiqəsininI və II dərəcəli yerlərin qalibləri qatıla bilər.

2016-cı ilin may ayında Toğrul Hüseynli “Yehudi Menuhin live Music Now Köln” musiqi cəmiyyətinin təşkil etdiyi konsertlər çərçivəsində çoxsaylı solo konsertlər verdiyi üçün onların xüsusi diplomu ilə təltif olunmuşdur.

 

t8

2016-cı ilin iyun ayında Almaniyanın Boxum şəhərində keçirilən məşhur Beynəlxalq Festival “Klavier-Festival Ruhr 2016” da Togrul Hüseynli maraqlı konsert proqramı ilə çıxış etmişdir. Onu da qeyd edək ki, Martha Argerich və Daniel Barenboim kimi dünya şöhrətli pianoçuların iştirak etdiyi bu festivalda Azərbaycanlı gənc pianoçunun iştirakı böyük rezonans doğurmuşdur.

SOLO və müştərək KONSERTLƏRİ

 

t3
1. 5 Aprel Almaniya Axen şəhəri Ali Musiqi Məktəbi
2. 19 aprel Rusiyalı pianoçu ilə birgə solo konsert proqramı, Almaniya, Vürselen şəhəri
3. 21.04.2016 solo konsert, Almaniyanın, Ziqburq Dövlət Muzeyinin konsert salonunda
4. 24 aprel Almaniya, Axen şəhəri Ali Musiqi Məktəbi
5. 18 may, 2016 – İtaliyanın Pozitano şəhərində məşhur alman pianoçusu Vilhelm Kempin villasında konsert proqramı ilə çıxış etmişdir. 
Toğrul  Hüseynli Azinforum.az-a bildirib ki, onun ən  çox fəxr etdiyim məqam  Avropada keçirilən iri həcmli musiqi bayramında azərbaycanlı musiqiçi kimi çıxış etməsidir: Hollandiyanın konsert salonlarının afişalarında adımın yanında Azərbaycanın adını görmək məni hədsiz fərəhləndirir”
Onu da vurğulayaq ki, Toğrul Hüseynli növbəti ildə də bu festivalın Hollandiya konsert turnesinə dəvət almışdır.

 

t5
Qeyd edək ki, bu festival həcmi və iştirakçı sayına görə Niderland Krallığının ən böyük klassik musiqi festivalı sayılır. Təkcə onu vurğulamaq lazımdır ki, buraya 1 aydan artıq müddətdə dünyanın 42 ölkəsindən 3 musiqi aləti üzrə (fortepiano, skripka və violençel) 100-dən artıq iştirakçı qatılır. Bu festival çərçivəsində ilk 3 həftə ərzində dünyanın ən mötəbər Ali Musiqi Məktəblərindən professorlar ustadlıq dərsləri verirlər. Bu musiqiçilər arasında Mixail Voskresenski (Moskva Konservatoriyası, Rusiya), Andreas Flörix (Köln Musiqi Akademiyası, Almaniya), Matti Raekallio (Julyard Ali Musiqi Məktəbi, ABŞ), Boris Berman (Moskva Konservatoriyası, Rusiya) və digər məşhur musiqiçilər yer alırlar.

 

t6
Bu festival Hollandiyanın Kütləvi İnformasiya Vasitələri tərəfindən geniş işıqlandırılır. Hollandiyanın mədəniyyət radiosu olan “Radio 4” hər həftə festivalın ən parlaq iştirakçılarının çıxışları ilə həftəlik buraxılış hazırlayır. Festivalın 26 iyul 2016-cı il radio buraxılışının qonağı da azərbaycanlı pianoçu Toğrul Hüseynli idi. Toğrul Hüseynli Şumanın “Simfonik etüdlər” silsiləsindən pyesləri ifa edərək, həmçinin Azərbaycan klassik musiqi mədəniyyəti, öz yaradıcılığı, gələcək planları barəsində geniş məlumat vermişdir.

 

t7

Azinforum.az bildirir ki,  öz fitri və bənzərsiz istedadı ilə bütün dünyanı valeh edən gənc pianoçu sabiq dövlət müşaviri, tanınmış politoloq Qabil Hüseynlinin oğludur.

Cinarə SEYİDOVA

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın